“Forum Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirir”
Tarix: 04.05.2017 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirir.
Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.
Forumun artıq 4-cü dəfə keçirildiyini xatırladan B.Əliyev bu beynəlxalq tədbirin böyük siyasi, iqtisadi və mədəni əhəmiyyətinin olduğunu nəzərə çatdırıb:
"İpək yolu" layihəsi çərçivəsindən baxsaq, forum Şərqlə Qərb arasında çox geniş, əhatəli əlaqələrin formalaşmasına imkan yaradır. Azərbaycan öz nümunəsində göstərir ki, biz XXI əsrdə mədəniyyətlər və dinlərarası dialoqdan, onların qarşılıqlı əməkdaşlığından danışa bilərik. Bu baxımdan ölkəmizin ev sahibliyi etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çox gözəl platforma oldu".
B.Əliyev əlavə edib ki, ümumiyyətlə, forumda müzakirə olunan məsələlər dünyanı narahat edən bir sıra mövzuları - gənclərin problemlərindən tutmuş mədəniyyətlər, dinlərarası münasibətlər, tolerantlıq, birgəyaşayış, eyni zamanda hərtərəfli əməkdaşlığa dair məsələləri əhatə edir.
Deputat bildirib ki, ən əhəmiyyətli məqamlardan biri Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycan Prezidenti İlham Əliyevin qlobal miqyaslı təşəbbüsü və UNESCO-nun tərəfdaşlığı ilə keçirilməsidir.
Qeyd edək ki, 4-6 may tarixində Bakıda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Forumda Türkiyə, Rusiya, Gürcüstan, Qətər, Makedoniya, Misir və digər dövlətlərin mədəniyyət nazirləri iştirak edəcəklər.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info