Çernobıl Əlilləri İttifaqı İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyib
Tarix: 20.04.2013 | Saat: 01:13:00 | E-mail | Çapa göndər


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin konfransı keçirilib.
Konfransı açan “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədr müavini Eldar Sultanov tədbirin gündəliyindəki məsələlər barədə məlumat verib. “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov 1986-cı ildə Ukraynada baş vermiş Çernobıl faciəsinin 27-ci ildönümü ilə bağlı geniş məruzə ilə çıxış edib.
Diqqətə çatdırılıb ki, bu qəzanın nəticələrinin aradan qaldırılması işlərində 7 mindən artıq Azərbaycan vətəndaşı iştirak edib. Bildirilib ki, həmin insanlardan 3 min nəfəri dünyasını dəyişib. Sovet hakimiyyəti Qərb dövlətlərinə öz gücünü nümayiş etdirmək naminə bu faciənin fəsadlarını gizli saxlamağa çalışmış, qəzanın törətdiyi dağıntıların aradan qaldırılmasında iştirak edərək sağlamlığını itirmiş insanları taleyin hökmünə buraxıb.
Vurğulanıb ki, məhz ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra Çernobıl əlillərinin sosial durumu yaxşılaşdırılıb, onların statusu müəyyənləşdirilib, sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər görülüb, onlara dövlət tərəfindən müavinət təyin edilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov dövlət tərəfindən Çernobıl əlillərinə göstərilən diqqət və qayğıdan söz açıb. Nazir müavini deyib ki, qəzanın nəticələrinin ləğvində iştirak etmiş şəxslərin sosial müdafiəsi haqqında qanunvericilikdə onların reabilitasiyası, müalicəsi və s. öz əksini tapıb. Belə ki, 4 min 826 Çernobıl əlilinə hər ay sosial müavinət ödənilir. Çernobılçıların 2 min 792 nəfəri isə Prezident təqaüdü alır. Onların bir çoxu mənzil və avtomobil ilə təmin olunublar. Həmin şəxslərin reabilitasiya və sanatoriya-kurort müalicəsi ilə bağlı tədbirlər davam etdirilir. Artıq müxtəlif regionlarda əlillərin 14 bərpa mərkəzi tikilərək istifadəyə verilib. Gələn il Quba və İsmayıllı rayonlarında da belə mərkəzlər inşa ediləcək. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev qeyd edib ki, 27 il bundan əvvəl baş vermiş Çernobıl qəzasının qurbanları olmuş insanlar bu ağrı-acıları indinin özündə də yaşayırlar. Heç bir cəmiyyət və heç bir dövlət belə hadisələrdən sığortalanmayıb. Odur ki, bu insanlara qayğı zəruridir. Azərbaycanda bu sahədə mühüm işlər görülür. Çernobıl qəzasında sağlamlıqlarını itirmiş insanların rifahının yaxşılaşdırılması Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin prioritetlərindən biridir. Bu insanlara qayğı ilbəil artırılır, təqaüdlər müəyyənləşdirilir, birdəfəlik yardımlar göstərilir, mənzil şəraitləri yaxşılaşdırılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdiriləcək.
Sonra konfrans iştirakçıları tərəfindən Prezident İlham Əliyevə müraciət qəbul olunub. Konfrans iştirakçıları 2013-cü il prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi təklifi ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2013-cü il 5 fevral tarixli IV qurultayının qərarına qoşulduqlarını bəyan ediblər.
Konfransda, həmçinin İctimai Birliyin şəhər və rayon təşkilatları rəhbərlərinin görülən işlər barədə məlumatları dinlənilib.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info