BANM-in tələbələri “Microsoft 2017“nin qalibləri olub
Tarix: 04.05.2017 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) tələbə komandası “Microsoft Imagine Cup 2017” irimiqyaslı beynəlxalq texnologiya müsabiqəsinin Milli Final mərhələsində iştirak edərək qaliblər sırasında olub və Kiyevdə (Ukrayna) keçiriləcək növbəti mərhələyə vəsiqə qazanıb. Son ümumdünya finalı isə bu ilin iyul ayında Sietlda (ABŞ) keçiriləcək. Bu mərhələdə iştirakçılar müsabiqənin əsas mükafatı – layihələrin inkişafı üçün 100 min ABŞ dolları uğrunda mübarizə aparmaq şansı əldə edə biləcək.
Müsabiqə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin və “Yüksək Texnologiya Parkı” dəstəyi, Microsoft Azərbaycan və Nar Mobile şirkətləri tərəfindən təşkil olunub.
Müsabiqədə “Neftçi” komandasının tərkibində çıxış edən BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri Kərim Kərimli və Şamil Ömərov və “Neft-qaz mühəndisliyi”ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Lalə Məmmədova birinci yerin qalibi olublar.
“Microsoft Imagine Cup” - dünya tələbələri arasında hər il keçirilən ən miqyaslı innovasiya müsabiqəsidir. Azərbaycanda sözügedən müsabiqə artıq üçüncü dəfə təşkil olunur. Müsabiqədə iştirak edənlər “Microsoft” platforması üzərində innovativ proqram layihəsi, “Microsoft” texnologiyaları əsasında müasir dövrün problemlərini həll edən tətbiqin prototipini və ya istənilən “Microsoft Windows” platformaları üzərində orijinal oyun hazırlayıblar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
27.06.2019
Köçkün qəsəbələrində yaşayanlar gender mövzusunda maarifləndiriliblər
27.06.2019
“Diplomatiya Akademiyası” layihəsi çərçivəsində ikinci görüş keçirilib
27.06.2019
Azərbaycanda Həcc ziyarəti üçün müraciətlərin sayı 1100-ü ötüb
27.06.2019
Meksikada Azərbaycanın mədəniyyəti və milli mətbəxi təqdim olunub
26.06.2019
“Rossiyskaya qazeta” rusiyalı turistləri Azərbaycana dəvət edir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info