“Ruslar Azərbaycanı yaşamaq üçün ən əlverişli yer hesab edirlər”
Tarix: 04.05.2017 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


"Müəyyən qüvvələr iki xalq arasında vəziyyəti daim gərgin saxlamaqda maraqlıdır"
“İvanovkadakı ruslar kompakt və rahat şəkildə yaşadıqlarını, azsaylı xalq kimi millətlərarası heç bir ayrı-seçkiliklə, konfliktlə üzləşmədiklərini, kollektiv şəkildə işləyərək mehriban həyat sürdüklərini mənə dedilər və buna görə çox sevindim”.
 
APA-nın yerli bürosunun xəbərinə görə, bu sözləri mayın 3-də İsmayıllı rayonunun İvanovka kəndinə səfər edən Rusiyanın tanınmış ictimai-siyasi xadimi, filosof, politoloq, tərcüməçi, Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Aleksandr Duqin deyib.
 
A. Duqin İvanovkaya səfərin onda rus icması barədə xoş təəssüratlar yaratdığını söyləyib: “Dövlətin hər zaman qayğısını hiss etdiklərini dilə gətirən İvanovka sakinləri mənə bildirdilər ki, dünyanın heç yerində Azərbaycandakı kimi sakitlik yoxdur, onlar hətta gecələr öz uşaqlarını küçəyə sərbəst buraxdıqlarına görə narahat olmadıqlarını dedilər. Mən dünyanın bir çox ölkəsinə səfər etmişəm və deyərdim ki, İvanovka kəndində olan bu cür yüksək həyat tərzi heç böyük şəhərlərdə yoxdur”.
 
Qonaq qeyd edib ki, Azərbaycanın inkişafı ilə bağlı eşitdikləri və mətbuatdan oxuduqlarının səfər zamanı şahidi olub: “Mən insanlarla söhbətlərim və müşahidələrim zamanı görürəm ki, Azərbaycanda kompakt şəkildə yaşayan ruslar Cənubi Qafqazın digər ölkələrindən fərqli olaraq, buradan köçüb getmək istəmirlər, onlar bu barədə heç düşünmürlər, əksinə, vaxtilə buradan başqa ölkələrə gedənlər yenidən Azərbaycana qayıdır. Ruslar bu gün bir çox üstünlüklərə görə Azərbaycanı yaşamaq üçün ən əlverişli yer hesab edirlər”.
 
Politoloq Ermənistan-Azərbaycan münaqişəsinə də toxunub: “Bakıda və İsmayıllıda keçirdiyim görüşlər zamanı mənə bir daha aydın oldu ki, Azərbaycan xalqı Dağlıq Qarabağ məsələsində münaqişə tərəfdarı deyil və sülh istəyir. Azərbaycan xalqı sadə ermənilərlə düşmənçilik aparmır, yalnız işğal altındakı torpaqların sülh yolu ilə azad olunmasını istəyir. Lakin müəyyən qüvvələr iki xalq arasında vəziyyəti daim gərgin saxlamaqda maraqlıdır. Rusiya bu münaqişənin tezliklə həll olunmasına kömək etmək istəyir”.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info