ADPU-da elmi-praktik konfrans keçirilib
Tarix: 04.05.2017 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) İbtidai təhsil fakültəsinin magistrantlarının xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfransı keçirilib.
Konfransı giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, bu günlər respublikamızda xalqımızın böyük oğlu Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunan müxtəlif tədbirlər keçirilir. ADPU-da da bu münasibətlə tədbirlər keçirilir və bu tədbirlərin davamlı olması nəzərdə tutulur. Qeyd edib ki, ölkəmiz dəyişir, yeniləşir, müasirləşir və milli təhsil sistemimiz də buna uyğun olaraq yenilənir. ADPU-da keçirilən bugünkü konfrans da bu yeniliyin bir nümunəsidir. Elmə gedən böyük yolun məhz belə konfranslardan başladığını deyən rektor konfransın işinə uğurlar arzulayıb.
Elmi işlər üzrə prorektor, professor Asəf Zamanov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyev xalqımızın öz milli varlığını təsdiq etməsində, müstəqil dövlətimizin qurulmasında və güclənməsində, ölkəmizin dünya miqyasında tanınmasında böyük xidmətlər göstərib. Ulu öndər Heydər Əliyev həmişə elm və təhsilə xüsusi diqqət və qayğı göstərib. Belə konfranslar universitetimizdə intellektual potensialın güclənməsinə səmərəli təsir göstərir.
İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, professor Əzizxan Tanrıverdiyev, İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, dosent Yaqut Rzayeva çıxış edərək konfransın keçirilməsinə verdiyi dəstəyə görə ADPU-nun rəhbərliyinə təşəkkür ediblər. Onlar belə konfransların gənclərin elmi fəaliyyətə cəlb edilmələrinə müsbət təsir göstərdiyini vurğulayaraq konfransın işinə uğurlar arzulayıblar.
Konfransın plenar iclasında 5 məruzə dinlənilib. Plenar iclasa yekun vuran rektor Cəfər Cəfərov professor-müəllim heyətinə, elmi rəhbərlərə magistrantlarla daha çox işləməyi və onların elmi-tədqiqat işlərinə tələbkarlıqla yanaşmağı tövsiyə edib.
Plenar iclasdan sonra konfrans işini 3 bölmədə: İbtidai təhsilin pedaqogikası və metodikası, Riyaziyyat və onun ibtidai kursunun tədrisi metodikası, Azərbaycan dili və onun tədrisi metodikası bölmələrində davam etdirib. Konfransda ümumilikdə 94 məruzə dinlənilib. Məruzələrdə ibtidai təhsilin pedaqogikası və metodikası, Azərbaycan təhsilində kurikulum islahatı, ibtidai sinif müəlliminə verilən innovativ-pedaqoji tələblər, fəal-interaktiv dərsin mərhələləri, yeni pedaqoji texnologiyalara didaktik yanaşma, monitorinq və qiymətləndirmə anlayışının mahiyyəti və məzmunu, ibtidai məktəbin təlim prosesində inteqrasiyanın əhəmiyyəti, müəllim fəaliyyətinin diaqnostikası, təlim prosesində pedaqoji diaqnostikanın metodlarından istifadə imkanları və təhsilalanların diaqnostikası, təhsil prosesində informasiya-kommunikasiya texnologiyaları, şagird nailiyyətlərinin qiymətləndirilməsinin təlim-tərbiyə prosesində yeri, pedaqoji diaqnostikanın məqsəd və vəzifələri, keyfiyyətə nəzarətdə qiymətləndirmənin rolu, tələbələrin yaradıcılığında innovasiyaların rolu, müasir təhsildə milli-mənəvi dəyərlərin saxlanılması, qloballaşma şəraitində milli-mədəni ənənələr, tolerant düşüncə və digər vacib məqamlar əhatə olunub. Qeyd edək ki, konfransa təqdim edilən məqalələr və məruzələr “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş ADPU-nun İbtidai təhsil fakültəsinin magistrantlarının elmi-praktik konfransının materialları” adı ilə kitab şəklində çap edilib. Konfransın yekun iclasında bölmə sədrlərinin hesabatları dinlənilib, ən yaxşı məruzələrin müəllifləri I, II və III dərəcəli diplomlarla təltif ediliblər. 

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info