Beynəlxalq kimya konfransı başa çatdı
Tarix: 22.04.2013 | Saat: 15:13:00 | E-mail | Çapa göndər


Bakıda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “I Beynəlxalq kimya və kimya mühəndisliyi konfransı” aprelin 20-də başa çatıb. Bu barədə Qafqaz Universitetindən qəzetimizə məlumat verilib. Təhsil Nazirliyi, Dövlət Neft Şirkəti, Qafqaz Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Türkiyənin Atatürk Universiteti və digər qurumların təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransa dünyanın 13 ölkəsindən (Azərbaycan, Türkiyə, Kanada, Rusiya, ABŞ, Almaniya, İtaliya, Gürcüstan, Qazaxıstan, Pakistan və s) 315 məruzə təqdim edilib.
Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) təşkil olunmuş yekun tədbirdə ADNA-nın rektoru, akademik Siyavuş Qarayev, Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç diqqətə çatdırıblar ki, konfransda kimya və kimya mühəndisliyinin inkişaf perspektivləri, elmi əməkdaşlığın genişləndirilməsi imkanları və s. məsələlər ətraflı müzakirə edilib.
Çıxış edən digər alimlər beynəlxalq konfransın əhəmiyyətindən danışmış, təşkilatçılara və iştirakçılara təşəkkürlərini bildiriblər.
Sonda məruzəçilərə sertifikatlar verilib.
İLKIN




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
“Azeri Light”ın bir barreli 80,66 dollara satılır
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info