Qazaxıstanla əldə olunan razılığın icrasına başlanılır
Tarix: 04.05.2017 | Saat: 21:17:00 | E-mail | Çapa göndər


Hər iki ölkənin irimiqyaslı idxal ehtiyaclarının qarşı tərəfin istehsal imkanları hesabına ödənilməsi imkanlarının öyrənilməsinə dair birgə işlərin görülməsi razılaşdırılıb
Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin artırılması ilə bağlı ölkə başçılarının son görüşü zamanı verilən tapşırıqların yerinə yetirilməsi məqsədilə Səfir Rəşad Məmmədov bu ölkənin milli iqtisadiyyat naziri Timur Suleymenovla görüşüb. Görüşdə prezident Nursultan Nazarbayevin ölkəmizə səfəri zamanı iqtisadi-ticari əlaqələrin inkişafının əsas müzakirə mövzularından olduğunu və ticarət dövriyyəsinin lazımi səviyyəyə çatdırılması məqsədilə konkret tapşırıqların verildiyi barədə danışılıb. Timur Süleymenov xalqlarımız arasında milli-mənəvi bağlar haqqında danışaraq Qazaxıstanın bütün sahələrdə Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib və möhkəm əsasa söykənən bu əlaqələrin qorunub saxlanılması üçün iqtisadi əməkdaşlığın mühüm rol oynadığını vurğulayıb. Rəşad Məmmədov qardaş ölkələr arasında əlaqələrin daima yüksək səviyyədə olacağından əminlik ifadə edib və qeyd edib ki, səfər zamanı N.Nazarbayevin ölkəmizin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif olunması Azərbaycan-Qazaxıstan münasibətlərinin yüksək səviyyədə olduğundan xəbər verir.
Görüşdə Milli İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq şəklində qeyd edilən tapşırıqların icrası ilə bağlı müvafiq işlərin görülməsinə dair razılıq əldə edilib. Bu xüsusda ikitərəfli ticarətin lazımi səviyyəyə çatdırılması ilə bağlı ölkə başçılarının göstərişinə əsasən hər iki ölkənin irimiqyaslı idxal ehtiyaclarının qarşı tərəfin istehsal imkanları hesabına ödənilməsi imkanlarının öyrənilməsinə dair birgə işlərin görülməsi razılaşdırılıb.
Görüş zamanı ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması ilə bağlı səmərəli müzakirələr aparılıb. Bu baxımdan hazırda geniş vüsət alan elektron ticarətin imkanlarından istifadənin təşviq edilməsinin əhəmiyyəti vurğulanıb və ölkəmizdə qısa zaman öncə istifadəyə verilən Azexport portalının uğurlu faəliyyəti barədə söhbət açılıb. Həmçinin Azexport ilə Qazaxıstanın müvafiq portalı arasında qarşılıqlı əlaqənin yaradılmasının nəzərdən keçirilməsi razılaşdırılıb. Müzakirələr zamanı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafının digər yolu kimi hər iki ölkənin böyük şəhərləri arasında əməkdaşlığın təşviq edilməsinin faydalı nəticələr verəcəyindən əminlik ifadə edilib. Bu baxımdan Şimkənt və Gəncə şəhəri arasında qarşılıqlı ticarət potensialının müəyyənləşməsi və müvafiq işgüzar dairələrin iştirakı ilə biznes forumların və ya ticarət missiyalarının keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info