FTB başçısı: “Rusiya hələ də ABŞ-ı öz təsirində saxlayır”
Tarix: 05.05.2017 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Amerika Birləşmiş Ştatlarındakı qalmaqallarla müşahidə edilən son prezident seçkiləri xeyli müddət bundan əvvəl başa çatsa da, seçkiyə Rusiyanın müdaxiləsi ilə bağlı söhbətlər hələ də gündəmdədir.
Bu günlərdə Federal Təhqiqatlar Bürosunun başçısı Ceyms Komi “Reuters”ə verdiyi açıqlamada yenidən Moskvanı ittiham edib: “Rusiya ABŞ-da siyasi və ictimai əhvali-ruhiyyəni bu gün də öz təsirində saxlayır”. Amerika səlahiyyətlisi əmindir ki, Rusiya yenidən haker hücumlarından istifadə edəcək. FBI direktoru Rusiyanın seçki prosesinə müdaxiləsi ilə bağlı istintaq işinin 2016-ci ildə başladığını və hələ yekunlaşmadığı üçün hər hansı bir rəy bildirməkdə çətinlik çəkdiyini etiraf edib. Qeyd edək ki, bundan bir müddət əvvəl ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klepper də Rusiyanı ölkəsindəki seçki sisteminə nifaq və inamsızlıq tətbiq etməyə çalışmaqda ittiham etmişdi. Moskvanın bu istiqamətdəki istəyinə böyük ölçüdə nail ola bildiyini etiraf edən sabiq kəşfiyyat idarəsi direktorunun fikrincə, Rusiya bu gün də kiberməkanda “əsas təhlükə” kimi qalır: “Moskva yeni prezident Donald Trampla iş adamı kimi dil tapa biləcəyini düşünürdü. Lakin hadisələrin sonrakı axarı Rusiyanın ümidlərinin əsassız olduğunu üzə çıxardı. Bütün bunlara baxmayaraq, Rusiya ABŞ hökuməti, onun hərbi, diplomatik, kommersiya və digər əsas infrastrukturları üçün böyük bir təhlükədir”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
David Zalkaliani: Azərbaycan Gürcüstanın əsas strateji tərədaşıdır
18.06.2019
Türkiyə və Rusiya müdafiə nazirləri İdlibdəki vəziyyəti müzakirə ediblər
17.06.2019
İran xəbərdarlıq etdi
17.06.2019
Türkiyə Sərracın təklifinə dəstəyini bildirdi
17.06.2019
Tramp London meri Sadıq Xanı tənqid edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info