Tillerson ABŞ-ın xarici siyasət prioritetlərini açıqlayıb
Tarix: 05.05.2017 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


ABŞ Dövlət katibi Reks Tillerson ölkənin xarici siyasət idarəsinin işçiləri qarşısında çıxış edib. Tillerson 40 dəqiqəlik nitqində Prezident Trampın “Hər şeydən əvvəl, Amerika” proqramının ABŞ xarici siyasətində necə həyata keçirilməli olduğunu öz əməkdaşlarına izah edib, lakin Tramp administrasiyasının Dövlət Departamentinin büdcəsinin azaldılması barədə diplomatların çoxunu narahat edən təklifi məsələsinə toxunmayıb.
Amerikanın bəzi müttəfiqləri və hətta bəzi ABŞ rəsmiləri də Prezident Donald Trampın irəli sürdüyü, Amerikanın maraqlarına birinci dərəcəli əhəmiyyət verilən “Hər şeydən əvvəl, Amerika” proqramını təcridçilik və beynəlxalq məsələlərdə iştirak etməkdən geri çəkilmə rəmzi kimi şərh ediblər. Tillerson öz nitqində ABŞ-ın bütün dünya üzrə, o cümlədən Rusiya, Şərqi Asiya, Afrika və Qərb yarımkürəsi ölkələrinə münasibətdə prioritetlərini şərh edib, lakin Avropaya diqqət yetirməyib. Tillerson Şimali Koreyanın nüvə proqramı barədə onu bildirib ki, ABŞ administrasiyası xarici şirkətlər tərəfindən Birləşmiş Millətlər Təşkilatlarının sanksiyalarını pozaraq Pxenyanla əməkdaşlıq etməsini dayandırmaq üçün belə adlandırılan ikinci sanksiyalardan istifadə etməyə hazırdır. Tillerson Çin barəsində onu deyib ki, qarşıdakı onilliklər ərzində Birləşmiş Ştatların bu superdövlətlə münasibətlərini müəyyənləşdirmək üçün “çox böyük imkanları” var və onun fikrincə, bu məsələ Çin rəhbərliyini də maraqlandırır. Tillerson öz çıxışında ABŞ Dövlət Departamentinin büdcəsinin 28 faiz azaldılması barədə administrasiyanın təklifinə toxunmayıb. Bu halda diplomatik fəaliyyət və xarici dövlətlərə yardım, o cümlədən iqlim dəyişmələrinin öyrənilməsi layihələrinin və mədəni mübadilə proqramlarının maliyyələşdirilməsi xeyli məhdudlaşacaq.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info