Le Pen: “Fransanı ya mən, ya da madam Merkel idarə edəcək”
Tarix: 05.05.2017 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Makron və Le Penin sonuncu teledebatını 16,5 milyon tamaşaçı izləyib: onların 63 faizi hesab edir ki, debatda Makron daha yaxşı təsir bağışlayıb
Fransa prezidentliyinə namizədlər - “İrəli” hərəkatının banisi, ölkənin sabiq iqtisadiyyat naziri Emmanuel Makronun və “Milli cəbhə” partiyasının lideri Marin Le Penin yerli telekanallarda yayımlanan teledebatı təxminən 16,5 milyon tamaşaçı auditoriyası toplayıb.
“France-Presse” agentliyinin “Mediametrie” kompaniyasına istinadla yaydığı məlumata görə, 2,5 saat davam edən teledebat yerli telekanallarda canlı yayımlanıb. Teledebatların təşkilatçıları olan TF1 və “France2” telekanallarında müzakirələri 15,1 milyon tamaşaçı izləyib. Milyon nəfərdən çox insan isə teledebata digər kanallarda baxıb. Fransa prezidentliyinə namizədlər sonuncu - sayca üçüncü teledebata seçkilərin həlledici turuna 3 gün qalmış axşam saatlarında çıxıblar. Sosioloji sorğunun nəticələrinə əsasən, tamaşaçıların 63 faizi bu teledebatda Makronun Le Pendən daha yaxşı təsir bağışladığını bildirib. Fransızların 34 faizi üstünlüyü “Milli cəbhə” partiyasının namizədinə verib, 3 faizi isə fikrini bildirməkdə çətinlik çəkib. Debat gözlənildiyi kimi gərgin keçib. Müzakirəyə damğa vuran sözləri isə Le Pen səsləndirib. “Milil cəbhə” lideri debat zamanı bildirib ki, bütün halda Fransanı qadın idarə edəcək: “Seçkinin nəticəsindən asılı olmayaraq bütün halda Fransanı qadın idarə edəcək. Bu, ya mən olacağam, ya da madam Merkel”. Le Pen bununla Makronun müstəqil namizəd olmamasına və Almaniya kansleri tərəfindən idarə olunmasına işarə vurub. Le Pen müzakirələr zamanı bildirib ki, Fransaya qarşı düşmənçilik münasibəti göstərməyən Rusiyaya qarşı soyuq müharibə aparmaq lazım deyil. Makron isə cavabında Le Penə iradə tutaraq bildirib ki, o, Rusiya və ABŞ dövlət başçıları ilə münasibətləri necə quracağını açıqlamayıb. Rusiya dövlət başçısına heç bir halda tabe olmayacağını bildirən Makron bununla yanaşı, Suriya və Ukrayna münaqişələrini Putinlə müzakirə etməyə hazır olduğunu deyib. Le Pen Makronu idarəolunmayan qloballaşmanın təmsilçisi, səbatsızlıq, hamının hamıya qarşı müharibə aparmasının, iqtisadiyyatın, o cümlədən iri şirkətlərin talan edilməsinin tərəfdarı adlandırıb. Xatırladaq ki, Fransada prezident seçkilərinin aprelin 23-də baş tutan birinci turunda 24,01 faiz səs toplayan Emmanuel Makronla 21,3 faiz səs yığan Marin Le Pen növbəti tura vəsiqə qazanıblar. Seçkilərin ikinci turu mayın 7-də keçiriləcək.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal
20.09.2018
Şinzo Abe yenidən Yaponiyanın hakim Liberal Demokratik Partiyasının sədri seçilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info