“Azərbaycan tolerantlıq, düşüncə və həmrəylik mərkəzidir”
Tarix: 05.05.2017 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


Rauf Zeyni:
“Forumda iştirak edənlər Bakıda həm həmrəyliyi, tolerantlığı, multikultural dəyərlərin olduğu cəmiyyəti görür, həm də bu informasiyanı öz ölkələrinə aparırlar”

Ölkə başçısının qlobal miqyaslı təşəbbüsü ilə 4-cü dəfə təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb. Forumun və prosesin tərəfdaşları UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO kimi beynəlxalq təşkilatlardır.
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz fəaliyyəti ilə bütün dünyada mədəniyyətlərarası dialoqun əhatə dairəsini artıraraq, fərqli fikir və konsepsiyalar arasında ziddiyyətlərin aradan qaldırılması, xalqlar arasında dialoq və qarşılıqlı anlaşmanın dəstəklənməsı üçün mühüm beynəlxalq platformaya çevrilib. Beynəlxalq səviyyəli tədbir olan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz ətrafında hökumət başçılarını, nazirləri, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərini, yüksəkvəzifəli siyasətçiləri, mədəniyyət işçilərini, xoşməramlı səfirləri, jurnalistləri, ziyalıları və b. birləşdirir, müxtəlif milli, mədəni, dini, etnik mənsubiyyətlərə məxsus insanları bir araya gətirir, bu insanlar arasında qarşılıqlı fəaliyyət, səmərəli və intensiv dialoqun yeni, zəruri forma və səviyyələrini yaradır. Forum çərçivəsində beynəlxalq tərəfdaşlarla birgə ümumilikdə 40-dək sessiya və tədbir keçiriləcək. Bu sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi mövzularını əhatə edəcək.
Forumla bağlı ölkəmizə gələn xarici ölkə nümayəndələri ilə yanaşı, millət vəkilləri, alimlərimiz, ictimaiyyət nümayəndələri belə beynəlxalq tədbirlərin təşkil olunmasının mühüm əhəmiyyəti olduğunu bildirirlər. Milli QHT Forumunun rəhbəri Rauf Zeyni bu Forumu yüksək dəyərləndirir: “Azərbaycan 25 il ərzində böyük inkişaf əldə edib. Artıq Bakı, Qəbələ, Naxçıvan, Sumqayıt beynəlxalq təbirlərə ev sahibləri edir. Bakı mədəniyyət, turizm, dialoqlar, iqtisadi forumlar mərkəzinə çevrilib. Bu il ölkə başçısı tərəfindən “İslam Həmrəyliyi İli” elan olunub və Bakı artıq həmrəylik mərkəzinə çevrilib. Dünyanın bir çox alimləri, liderləri, aparıcı insanları gəlib Bakıda həm həmrəyliyin şahidi olurlar, həm tolerantlıq, multikultural dəyərlərin olduğu cəmiyyəti görürlər, həm də bu informasiyanı öz ölkələrinə aparırlar. Eləcə də dünyanın bəzi ölkələrində bir-biri ilə qarşıdurmada olan qüvvələr burada vəhdətdə olurlar. Mütərəqqi insanlar dərk edirlər ki, Azərbaycan bir tolerantlıq, düşüncə və həmrəylik mərkəzidir. Buna görə də belə humanitar forumların keçirilməsi Azərbaycanın beynəlxalq əhəmiyyətini gündəmə gətirir. Bütün dünya görür ki, BMT-nin, beynəlxalq təşkilatların üzvü olan, sülh, ədalət, əmin-amanlıq, sabitlik, inkişaf mərkəzi olan bir Azərbaycan dövləti var. Belə forumların keçirilməsi böyük tarixi əhəmiyyətə malikdir”.
Forumun rəhbəri onu da bildirdi ki, bəzi ölkələrdə mənasız, heç bir əsası olmayan müharibələr gedir və bu müharibələr, terrorlar, miqrasiya kimi bəşəri qlobal problemlərin fonunda çox şükür ki, ölkəmiz belə sabit və stabildir: “Bu stabilliyi də böyük çətinliklər bahasına ölkə başçısı qoruyub saxlayır. Prezident bir neçə istiqamətdə milli, bəşəri, mütərəqqi siyasət aparır və bu stabillik həmin siyasətin nəticəsidir. Ölkəmizə gələnlər də bunları görürlər və anlayırlar ki, bunu etmək mümkündür. Əlbəttə ki, Azərbaycana qarşı irəli sürülən iddialara, təhdidlərə baxmayaraq, yeni müstəqil dövlət olaraq bu stabilliyi qoruyub saxlaya biliriksə, bu çox böyük bir nailiyyətdir, nəticədir. Ona görə də forumlarda iştirak edən beynəlxalq nüfuzlu insanlar bunu dəyərləndirməyə bilməzlər. Onu öz ölkələrində təbliğ etməli və bildirməlidirlər ki, Azərbaycan, həqiqətən, nümunə bir ölkəyə çevrilib. Hamı bilir ki, Qafqazda stabilliyə, sabitliyə ən böyük təhlükə Ermənistandır. Çünki Ermənistan həm dövlət kimi, həm də işğalçı olmaqla yanaşı, “Metsamor” AES-in sahibi kimi regiona böyük bir təhlükədir. Nə işğallarına son qoymur, nə də terrorist siyasətindən əl çəmir, ekoloji cəhətdən təhlükəyə səbəb ola biləcək mənbələrdən də əl çəkmir. Bunlar hamısı dünya ictimaiyyətinə çatdırılmalıdır. Məhz bu forumlarda da bunlar dünya ictimaiyyətinə çatdırılır ki, beynəlxalq təşkilatlar, əlaqədar qurumlar tədbir görsün və region sülhü, stabilliyi davam etdirə bilsin”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.08.2019
Ordumuz düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır
16.08.2019
Prezident Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16.08.2019
“Sosial şəbəkə müxalifəti”: AXCP-ReAl “savaş”ı yeni müstəvidə
16.08.2019
Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
15.08.2019
“Söyüş və iaşə müxalifəti” şübhəli mənbələrdən maliyyələşir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info