Daniel Da Hien: “Azərbaycan mədəniyyətlərarası dialoq məkanıdır”
Tarix: 05.05.2017 | Saat: 15:29:00 | E-mail | Çapa göndər


Azərbaycan paytaxtında təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bütün ölkələr, o cümlədən Afrika ölkələri üçün mühüm əhəmiyyətə malikdir. “Bakı prosesi” çərçivəsində keçirilən bu Forumda biz Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoq məkanı, ənənə və müasirliyi özündə birləşdirən ölkə olduğunu kəşf etdik.
Bu fikirləri Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, Afrika Gənclər Şəbəkəsinin əlaqələndiricisi Daniel Da Hien (Burkino Faso) AZƏRTAC-a müsahibəsində deyib.
“Bu forum dünyadakı problemləri, onların həlli yollarını, bu istiqamətdə fikirlərimizi, ümidlərimizi və digər məsələləri müzakirə etməyə imkan yaradır. Forum müxtəlif mədəniyyətlərdən olan insanların, beynəlxalq təşkilatların nümayəndələrinin müzakirələr apardığı, bu zaman həm özlərini, həm də başqalarını daha yaxından tanıya və anlaya biləcəkləri geniş meydandır. Milli, mədəni, dini müxtəliflik insanın özünü başqasından üstün tutması üçün əsas vermir. Bütün insanların bir-birinə qarşılıqlı hörmət əsasında yanaşması cəmiyyəti bir çox problemlərdən xilas edə bilər”, - deyə Daniel Da Hien bildirib.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info