Taleb Rifai: “Azərbaycan Prezidentindən mühüm mesajlar eşitdik”
Tarix: 05.05.2017 | Saat: 15:59:00 | E-mail | Çapa göndər


"Biz bu gün Azərbaycan Prezidentindən mühüm mesajlar eşitdik". Bunu bu gün IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində  BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai söyləyib. BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi deyib ki, keçmişdə baş verənlər gələcəkdə təkrarlanır: "Qlobal liderlər olaraq biz vahid gəmidə düzgün istiqamətdə irəli getməliyik. Biz insanların azad şəkildə yer dəyişməsini təmin etməliyik. Bu gün bəzi yerlərdə dünya çətinliklərlə qarşılaşır. Dünya bir-birindən asılıdır və biz bir-birimizə daha böyük hörmətlə yanaşmalıyıq”. O qeyd edib ki, bu gün dünyada hər 10 işdən biri turizmlə bağlıdır: “Qarşıdakı illərlə turizmin xüsusi çəkisi daha da artacaq. Ancaq səlahiyyətimiz varsa, həm də məsuliyyət daşımalıyıq. 1 milyard 800 milyon insanın hərəkət etməsi milli iqtisadiyyatların inkişafı üçün imkan yaradır”.
T. Rifai bildirib ki, gənclərin bacarıqları müxtəlif yerlərə getməklə, yer dəyişməklə arta bilər: “İnsanlar səyahət etdikcə, zənginləşir, bir-birini daha yaxşı tanıyır. Bu gün tolerantlıq və anlaşma çatışmır. İnsanlar birləşməli və stereotiplərə qarşı mübarizə aparmalıdırlar. Bu il bütün dünyada “Turizm İli” kimi qeyd olunacaq. Bu, səylərimizi birləşdirməyə şərait yaradır. Qlobal çağırışlar tərəfdaşlıq yolu ilə aradan qaldırıla bilər. İnsanlara, ətraf mühitə hörmətlə yanaşmalıyıq, bununla özümüzə hörmətimizi ifadə edirik. Azərbaycana həmişə gələcəyik, Azərbaycan gözəl bir yerdir, Odlar Yurdudur, gözəl insanlarınız var".

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur”
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info