BMU-nun tələbəsi FameLab layihəsinin qalibi seçilib
Tarix: 05.05.2017 | Saat: 16:04:00 | E-mail | Çapa göndər


Bakı Mühəndislik Universitetində (BMU) FameLab (Şöhrət Laboratoriyası) layihəsinin final mərhələsi keçirilib. Yarışın qaydalarına əsasən final mərhələsində 10 nəfər mübarizə aparıb.
BMU-dan  bildirilib ki, ali məktəbin prorektoru Bayram Hüseynzadə tədbir iştirakçılarını salamlayaraq, universitetin layihəni dəstəklədiyini, yarışmanın keçirilməsi üçün hər cür şəraitin yaradıldığını və layihənin Azərbaycan elmi və gəncliyi üçün əhəmiyyətli olduğunu qeyd edib.
“British Council”in Azərbaycan üzrə direktoru Elizabet Vayt təşkilati dəstək üçün Bakı Mühəndislik Universitetinin rəhbərliyinə minnətdarlığını bildirib. O, Azərbaycanda seçilən qalibin İngiltərədə də uğur qazanacağına ümid etdiyini vurğulayıb.
FameLab yarışmasının Azərbaycan üzrə koordinatoru Sevil İmanova bildirib ki, 6-7 ölkənin iştirakı ilə başlayan layihədə hazırda 35 ölkə iştirak edir. O, 10 ildir davam edən beynəlxalq layihənin ölkəmizdə 6-cı ildir keçirildiyini diqqətə çatdırıb. Layihə koordinatoru qalibin müəyyən olunmasında münsiflərlə yanaşı, auditoriyanın da iştirak edəcəyini vurğulayıb.
Münsiflər “British Council”in nümayəndəsi Nigar Nəsrullayeva, Nicat Nəsirli, Emil Civişov və Sevinc Orucova iştirakçıların potensialından, onlara verilmiş təlimdən, səhnədə sərbəst və elmi tərəfi önə çəkməli olduqlarından və burada qazanacaqları təcrübənin onların həyatında mühüm rol oynayacağından danışıblar.
Əməkdar Artist Yaqub Zurufçunun ifası yarışmaya xüsusi rəng qatıb.
Elmi kommunikasiya üzrə ən yeni istedadı axtarıb tapan milli istedad yarışması olan Şöhrət Laboratoriyasının builki qalibi Bakı Mühəndislik Universitetinin tələbəsi Bəxtiyar Məmmədli seçilib. O, ölkəmizi Böyük Britaniyanın Çeltenham Elm Festivalında təmsil etmək hüququ qazanıb. 2-ci yerə Bakı Dövlət Universitetinin tələbəsi Cəmil Ağasiyev, 3-cü yerə isə AMEA-nın Zoologiya İnstitutunun nümayəndəsi Günay Qasımova layiq görülüb.
Bu il yenilik olaraq auditoriyanın seçdiyi qalib müəyyən olunub və mükafatlandırılıb. “Auditoriyanın rəğbəti” mükafatına Bakı Mühəndislik Universitetinin tələbəsi Bəxtiyar Məmmədli layiq görülüb.
Digər finalçılar da təşkilatçılar tərəfindən mükafatlandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info