BANM-də Tələbələrin 5-ci elmi-texniki konfransı başa çatıb
Tarix: 05.05.2017 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Tələbələrin 5-ci elmi-texniki konfransı başa çatıb. Konfransın bağlanış mərasimində BANM-in rəhbərliyi, professor-müəllim heyəti və BP, Emerson Process Management, ABB, Avandsis Group, Halliburton transmilli şirkətlərin nümayəndələri iştirak ediblər.
BANM-in rektoru Elmar Qasımov çıxış edərək, konfransı yüksək səviyyədə təşkil edən Təşkilat Komitəsinə, professor-müəllim heyətinə və elmi işlərə maraqla yanaşan bütün iştirakçılara təşəkkürünü bildirib. O, müəllimlərin tələbələrin yetişdirilməsində böyük əmək sərf etdiyini söyləyərək, tələbələrə gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb. Cəmiyyətdə elmin, təhsilin mühüm rolunu qeyd edən rektor ali məktəbində bu sahənin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb.
Sonra konfransda iştirak edən beynəlxalq şirkət nümayəndələri BANM-in rəhbərliyinə bu möhtərəm tədbirin keçirilməsinə və elmin inkişafına verilən töhfələrə görə təşəkkürünü bildiriblər. Hər biri konfrans haqqında müsbət fikirlərini səsləndirib və BANM-də milli kadrların, gələcək mütəxəssislərin hazırlanması istiqamətində əməkdaşlıq etməkdən məmnunluğunu ifadə ediblər.
Rektor Elmar Qasımov ən maraqlı məruzələrlə çıxış edən iştirakçıları BANM-in müxtəlif dərəcəli diplomları və SOCAR-ın və BP, Statoil, Total, Emerson Process Management, ABB, Avandsis Group, Halliburton, Confidence Capital transmilli şirkətlərinin həvəsləndirici mükafatları ilə təltif edib.
Ümumilikdə, “Neft-qaz mühəndisliyi” bölməsi üzrə 2 tələbə, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” bölməsi üzrə 2 tələbə, “Kimya mühəndisliyi” bölməsi üzrə 4 tələbə, “Fizika” bölməsi üzrə 2 tələbə ,“Riyaziyyat” bölməsi üzrə 2 tələbə müxtəlif dərəcəli diplom və həvəsləndirici mükafatlara layiq görülüblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib
20.09.2018
Prezidentin köməkçisi: “Ərazilərin minalardan təmizlənməsi humanist missiyadır”
20.09.2018
Azərbaycanın milli qəhrəmanları haqqında ingilis dilində məqalələr hazırlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info