“Cocuq Mərcanlıya köçürüləcək əhaliyə mobil rabitə xidmətlərini güzəştli şərtlərlə təqdim etməyi planlaşdırırıq”
Tarix: 05.05.2017 | Saat: 16:21:00 | E-mail | Çapa göndər


Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell” şirkəti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası tədbirlərinə qoşularaq burada mobil rabitə şəbəkəsini təkmilləşdirilməyə başlayıb.
 
Qeyd olunan təkmilləşdirmə işləri çərçivəsində ilkin mərhələdə Cocuq Mərcanlının bərpası işlərində çalışan insanların kəsintisiz mobil rabitə xidməti ilə təmin olunması üçün ərazidə yeni baza stansiyası qurulub. Daha sonra isə Cocuq Mərcanlının yüksəksürətli mobil internetlə təmin olunması üçün Bakcell burada 3G şəbəkəsinin təkmilləşdirilməsi üzrə işləri uğurla tamamlayıb.
 
“Bizim məqsədimiz Azərbaycanın hər bir bölgəsində yaşayan Bakcell abunəçilərini keyfiyyətli və sərfəli mobil rabitə xidməti ilə təmin etməkdir. Cəbhə bölgələrində yaşayan əhalinin keyfiyyətli mobil rabitəyə olan xüsusi tələbatını nəzərə alaraq Bakcell bu ərazilərdə şəbəkənin keyfiyyətini daim xüsusi nəzarətdə saxlayır. Bununla yanaşı şirkət Cocuq Mərcanlıya köçürüləcək əhaliyə yüksək keyfiyyətli mobil rabitə xidmətlərini xüsusi güzəştli şərtlərlə təqdim etməyi planlaşdırır”, deyə “Bakcell” şirkətinin baş icraçı direktoru cənab Nikolai Bekers bildirib.
 
Qeyd edək ki, hazırda “Bakcell” şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“ADEX-2018” müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək
24.09.2018
Diaspor təşkilatları əməkdaşlığı gücləndirirlər
24.09.2018
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info