İSESKO: “Azərbaycan demokratiya, sülh, inkişaf və mədəniyyətlərarası dialoqun nümunəsidir”
Tarix: 05.05.2017 | Saat: 17:18:00 | E-mail | Çapa göndər


Azərbaycan demokratiya, sülh, inkişaf və mədəniyyətlərarası dialoqun nümunəsidir. Bunu Bakıda Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edən İSESKO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri deyib. O qeyd edib ki, dünyaya sülh lazımdır: “Amma əgər nifrət, ədalətsizlik, fobiya və müharibələr qalırsa, onu əldə etmək mümkün deyil. Hesab edirəm ki, bu hadisələrin yeganə səbəbi böyük dövlətlərin öz işini lazımi şəkildə yerinə yetirməmələridir. Onlar öz maraqları uğrunda mübarizə aparır və BMT-nin Təhlükəsizlik Şurasına öz işini görməyə imkan vermir. Bununla sülh və təhlükəzisliyin təmin olunmasına mane olurlar. Dağlıq Qarabağdakı münaqişə bu yanaşmanın bariz nümunəsidir”. Əl-Tüveycri qeyd edib: “Dünyada müxtəlif müharibələr davam etdiyi bir vaxtda böyük dövlətlər qarşıdurmaları dayandırmalı və elə etməlidirlər ki, BMT Təhlükəsizlik Şurası öz işini yerinə yetirə bilsin”.
Baş direktorun sözlərinə görə, bu problemlər haqqında ucadan danışmaq lazımdır: “Bu gün diplomatik frazalar söyləməyin deyil, konkret fəaliyyət göstərməyin vaxtıdır”.
Qeyd edək ki, Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Mayın 6-dək davam edəcək Forum çərçivəsində Mədəniyyətlərarası və Dinlərarası dialoq üzrə YUNESKO kafedralarının 2-ci Akademik forumu və YUNESKO-nun İpək Yolu “Onlayn” Platformasının Beynəlxalq Şəbəkəsinin 3-cü toplantısı keçirilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
“Qoy əfqan xalqı öz liderini özü seçsin“
22.02.2019
Özəl telekanallarda yayımlanan bayağı seriallar bizi çox narahat edir
22.02.2019
Müxalifət özü də bilir ki, bu aksiyalar mənasızdır, xalqın iradəsini ifadə etmir
22.02.2019
“Talibana hərbi təzyiq göstərməyə davam edəcəyik“
22.02.2019
Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin regional qovşaqlarından biridir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info