“Dağlıq Qarabağ problemi tək Azərbaycanın yox, eyni zamanda Pakistanın da məsələsidir”
Tarix: 05.05.2017 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin yeni xarici işlər katibi xanım Təhminə Janjua ilə görüşüb.
Səfirlikdən verilən məlumata görə, onu yeni təyinatı, eyni zamanda Pakistanın ilk xanım xarici işlər katibi olması münasibətilə təbrik edən səfir, Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu bildirib.
Diplomat ölkələr arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini, Azərbaycan Prezidentinin Pakistanla əlaqələrə xüsusi önəm verdiyini, beynəlxalq məsələlərdə hər iki ölkənin bir-birini dəstəklədiklərini qeyd edib. O, Azərbaycan Prezidentinin Pakistana səfərinin, eləcə də Pakistan Prezidenti və Baş nazirinin Azərbaycana səfərlərinin əlaqələrin inkişafına xüsusi təkan verdiyini vurğulayıb. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilən hümanitar və sosial yönümlü layihələrin xalqlar arasında mövcud olan qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhvə verdiyini bildirən səfir, Pakistanla bütün sahələrdə mövcud olan qarşılıqlı əməkdaşlığın, iqtisadi, ticari, hərbi-texniki əlaqələrin inkişafı üçün səylərin daha da artırıldığını, mədəni əlaqələrin gücləndirilməsi və xalqlar arasında münasibətlərin daha da istiləşməsi istiqamətində işlərin davam etdiyini vurğulayıb.T.Janjua Azərbaycan-Pakistan münasibətlərinin inkişafında və yüksək səviyyəyə çatmasında hər iki ölkə rəhbərlərinin və xalqlarının önəmli rolunun olduğunu qeyd edib, bu istiqamətdə qarşılıqlı səylərin artırılacağını bildirib. Dağlıq Qarabağ məsələsinin tək Azərbaycanın məsələsi deyil, eyni zamanda Pakistanın da məsələsi olduğunu, bu məsələdə Pakistanın prinsipial mövqeyinin, Azərbaycana dəstəyinin hər kəsə bəlli olduğunu diqqətə çatdırıb. Azərbaycanla əlaqələrin bütün sahələrdə daha da inkişafına önəm verdiklərini bildirən T.Janjua bu il Pakistanla Azərbaycan arasında diplomatik əlaqələrin yaradılmasının 25-ci ildönümünün qeyd olunacağını, hər iki ölkənin xarici işlər nazirlikləri arasında bundan sonra da səmərəli əməkdaşlığın və siyasi məsləhətləşmələrin davam edəcəyini vurğulayıb.Səfir Ə.Əlizadə Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycanın daim yanında olmasının, Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımamasının Azərbaycan dövləti və xalqı tərəfindən daim yüksək qiymətləndirildiyini bildirib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
Əfv sərəncamlarının verilməsi humanizm, əxlaqi və cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır
18.03.2019
Əfv sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
18.03.2019
Millət vəkili: Əfv sərəncamı ümumi ictimai həmrəylik baxımından da əlamətdar hadisəyə çevrildi
17.03.2019
Azərbaycanın xarici işlər naziri Latın Amerikası ölkələrinə səfərə yola düşüb
16.03.2019
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər nazirini qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info