ADPU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş tədbir keçirilib
Tarix: 05.05.2017 | Saat: 17:59:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi Fəxri Xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüb. Xalqımızın görkəmli oftalmoloq alimi, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb. Sonra isə universitetin Böyük Akt zalında ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan ADPU-nun Tədris işləri üzrə prorektoru, professor Malik Cəbrayılov bildirib ki, müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə respublikamızda və dünyanın bir çox ölkələrində müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərdə xalqımızın dahi oğlu Heydər Əliyevin xatirəsi yad edilir, idarəçilik və dövlətçilik fəaliyyətinə yüksək qiymət verilir. Qeyd edib ki, xalqımızın zəngin ictimai-siyasi fikir və çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyevin xüsusi yeri və mövqeyi var. Görkəmli siyasi xadim, müdrik dövlət rəhbəri Heydər Əliyev ölkəmizin inkişafı, dövlətimizin gücləndirilməsi, xalqımızın elmi-intellektual səviyyəsinin yüksəldilməsi və dünya miqyasında tanınması üçün səmərəli məqsədyönlü fəaliyyət həyata keçirib. Müstəqil Azərbaycan dahi öndər Heydər Əliyevin şah əsəridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin müdrik və mütərəqqi siyasətini uğurla davam etdirərək dövlətimizin daha da gücləndirilməsini və beynəlxalq siyasi nüfuzunun yüksəldilməsini təmin edir.
Tədbirdə Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının professoru Mais Əmrahov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Professor M.Əmrahov bildirib ki, qüdrətli siyasi xadim, ümummilli liderimiz Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən xilas edərək daxili ictimai-siyasi sabitliyi təmin edib, ölkəmizdə hüquqi, demokratik, dünyəvi dövləti və vətəndaş cəmiyyətini formalaşdırıb. Məhz ümummilli lider Heydər Əliyev Azərbaycanın davamlı və dayanıqlı inkişafını təmin edən düzgün siyasi kursu müəyyən edib və onu böyük məharətlə, uzaqgörənliklə həyata keçirib. Heydər Əliyev öz böyük adı, mütərəqqi fikir və idealları ilə bütün bəşəriyyətin yaddaşına əbədi köçmüşdür. Qədirbilən xalqımız ulu öndər Heydər Əliyevin xatirəsini əziz tutur.
Tədbirdə çıxış edən Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri, professor Zahid Xəlil, Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, “Təhsil millətin gələcəyidir!” deyən Ulu Öndərin həyatımızın bütün sahələrinə, xüsusən də, elm, təhsil və mədəniyyətin inkişafına böyük diqqət və qayğı göstərməsi haqqında maraqlı və məzmunlu çıxışlar ediblər.
Konfransda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı videoçarx göstərilib, tələbə-gənclərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info