Trampın ilk rəsmi səfər planı: Səudiyyə Ərəbistanı, İsrail və Vatikan
Tarix: 05.05.2017 | Saat: 18:55:00 | E-mail | Çapa göndər


ABŞ Prezidenti Donald Tramp mayın 4-də söz və dini azadlıq barədə fərman imzalayıb. O, həmçinin mayın sonlarında ilk rəsmi səfər edəcəyi ölkələrin adlarını da açıqlayıb. Buraya Səudiyyə Ərəbistanı, İsrail və Vatikan daxildir.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Donald Tramp üç səmavi dinlərin nümayəndələrini terrorla mübarizədə birləşdirməyə can atır: “Bu səfərlər NATO-ya üzv ölkələrin və “Böyük yeddilik” üzvlərinin görüşündən əvvəl baş tutacaq və Səudiyyə Ərəbistanında bütün İslam dünyasının liderləri ilə əsil tarixi görüşlə başlayacaq. Məhz bu yolla ekstremizm, terrorizm və zorakılığa qarşı mübarizədə müsəlman müttəfiqlərimizlə əməkdaşlıq və dəstək üçün yeni bünövrə qoyacağıq”.
ABŞ-ın Səudiyyə Ərəbistanı və İsraillə münasibətləri Barak Obamanın prezidentliyi dövründə gərginləşib. Donald Tramp dəfələrlə Obamanın İranla həm Səudiyyə Ərəbistanının, həm də, İsrailin narahatlığına səbəb olan nüvə sövdələşməsini tənqid edib və onu pozacağıni bildirib.
Tramp, həmçinin İsrail və Fələstin arasında zorakılığın bitməsi və sülh sazişinə nail olunması üçün səylərini artırmaq niyyətində olduğunu da bəyan edib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info