Cənubi Koreyada prezident seçkiləri
Tarix: 06.05.2017 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Cənubi Koreyada qeydiyyatdan keçən seçicilərin 1/5 hissəsi növbədənkənar prezident seçkiləri çərçivəsində keçirilən ilkin səsvermədə iştirak edib. TASS informasiya agentliyi xəbər verir ki, Milli Seçki Komissiyasının məlumatına əsasən, bu gün yerli vaxtla 12:00-dək 6,56 milyon seçici və ya səsvermə hüququ olan vətəndaşların 16,8 faizi artıq öz seçimini bildirib. “Bu, 2016-cı ildə keçirilən parlament seçkilərindən yüksək nəticədir. O vaxt ilkin səsvermədə iştirak göstəricisi 12,2 faiz idi”, - deyə komissiyadan qeyd ediblər. Cənubi Koreyada növbədənkənar prezident seçkiləri korrupsiya qalmaqalında şübhəli bilinən sabiq prezident Pak Kın Xenin impiçmenti və vəzifəsindən kənarlaşdırılması ilə bağlıdır. İlkin səsvermə 3,5 min məntəqədə keçirilir və yerli vaxtla 18:00-da başa çatacaq. Bu mərhələdə bilavasitə mayın 9-na təyin olunmuş seçki günü müxtəlif səbəbdən məntəqələrə gəlmək imkanı olmayan seçicilər iştirak edə bilərlər. Bülletenlərin hamısı möhürlənmiş seyflərdə saxlanacaq və yalnız seçkilər başa çatdıqdan sonra açılacaq. Koreya Respublikasının ali dövlət postu uğrunda 13 namizəd mübarizə aparır. Son sosioloji tədqiqatın nəticəsinə əsasən, onların arasında liberal demokratik “Toburo” partiyasının sabiq lideri Mun Çje İn daha populyardır. Onun dəstək reytinqi 42,2 faiz təşkil edir. İkinci yerdə böyük fərqlə mərkəzçi “Xalq Partiyası”nın namizədi An Çxol və “Koreya Azadlıq Partiyası”nı (keçmiş “Senuri”) təmsil edən mühafizəkar Xon Çjun Pxö gəlir. Onların hər ikisi respondentlərin 18,6 faizinin etimadını qazanmağa müvəffəq olub. Mayın 9-na təyin olunmuş növbədənkənar prezident seçkiləri Koreya yarımadasında KXDR-ABŞ qarşıdurması səbəbindən yaranan gərgin vəziyyət fonunda keçirilir. Mun Çje İn Şimali Koreya ilə münasibətlərin normallaşması tərəfdarı kimi tanınsa da, vəziyyətin müharibə həddinə çatması onun bu sahədə fəaliyyətini çətinləşdirir. Xatırladaq ki, 2012-ci il seçkilərində Mun Çje İn rəqibi Pak Kın Xeyə uduzmuşdu.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Britaniya deputatları “Brexit“ şərtlərinə dair sazişin əleyhinə səs veriblər
16.01.2019
Türkiyə ərazisində əlverişsiz hava şəraiti davam edir
15.01.2019
ABŞ səfirinin Almaniyadan çıxarılması tələb edilir
15.01.2019
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək
15.01.2019
Türkiyə hərbçiləri batmaq təhlükəsində olan 40 qaçqını xilas ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info