Pentaqon Əfqanıstana daha 3 min hərbçi göndərmək niyyətindədir
Tarix: 06.05.2017 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


ABŞ Müdafiə Nazirliyi Əfqanıstanda fəaliyyət planını davam etdirmək və bu ölkəyə əlavə qoşun göndərmək niyyətindədir. “İnterfax” informasiya agentliyi xəbər verir ki, Pentaqonun gələn həftə ABŞ Prezidenti Donald Trampa təqdim etmək istədiyi plan Əfqanıstanda yaranan vəziyyətdən “çıxış yoluna” yönəlib. Bəzi ABŞ KİV-ləri söhbətin Əfqanıstana əlavə olaraq 3 min hərbçinin göndərilməsindən getdiyini yazırlar. Ağ Evin bu planı təsdiq edəcəyi təqdirdə Əfqanıstana göndəriləcək dəstək qüvvələri yerli hərbçilər və polis qüvvələrinin təlimi və “Taliban” hərəkatına qarşı mübarizədə NATO-nun başçılıq etdiyi missiyada iştirak edəcək. 2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində hücumlarını davam etdirir. Həmçinin regionda “İŞİD” qruplaşmasının fəallaşması da müşahidə olunur.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib
19.09.2018
QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info