UNEC-də tədbir: qeyri-neft sektoru məhsullarının ixracı artıb
Tarix: 06.05.2017 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


UNEC-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib. “Azərbaycan Respublikasında effektiv xarici ticarət siyasəti rejiminin tətbiqi: problemlər və perspektivlər” mövsuna həsr olunan tədbirdə UNEC-in professor-müəllim heyəti ilə birlikdə iqtisadiyyat nazirinin müavini Sahil Babayev də iştirak edib. Tədbirdə Ümummilli liderə həsr edilən “Dahi şəxsiyyət” adlı sənədli filmi nümayiş olunub. UNEC-in İnzibati və təşkilati məsələlər üzrə prorektoru Şaiq Əsgərov müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məlumat verib. Bildirib ki, həyatını xalqına, Azərbaycanın inkişafına həsr edən dahi şəxsiyyət ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə ölkəmizin tərəqqisinə böyük önəm verib. İqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verib. Ölkə Prezidenti tərəfindən yürüdülən iqtisadi siyasətin əsas hədəflərinı açıqlayıb. Bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi, ixrac potensialının genişləndirilməsi və qeyri-neft sektoru məhsullarının ixrac həcminin artırılması bu gün ölkə iqtisadiyyatının prioritet istiqamətlərindəndir. 2017-ci ilin birinci rübündə Azərbaycanın qeyri-neft sektoru məhsullarının ixracının ötən illə müqayisədə 32,5 faiz artdığını diqqətə çatdıran nazir müavini, sahibkarların istehsal etdiyi məhsulların xarici bazarlara ixrac olunması üçün bütün şəraitin yaradıldığını vurğulayıb. Azərbaycanın turizm, kənd təsərrüfatı və digər qeyri-neft sahələrində önəmli işlər görüldüyünü, əlverişli biznes mühitinin yaradılğını diqqətə çatdırıb. Beynəlxalq İqtisadiyyat kafedrasının müdiri, professor İrşad Kərimli “Azərbaycanın ixrac əməliyyatlarının valyuta təhlükəsizliyi” mövzusunda çıxış edib. İxracın valyuta tənzimlənməsinin ilkin şərtlərini, respublikanın idxal-ixrac əməliyyatlarında valyuta tənzimlənməsinin yeni xüsusiyyətlərini və səmərəli amillərini açıqlayıb. “Müasir dövrdə Azərbaycanın qeyri-neft ixrac potensialının yüksəldilməsi istiqamətləri” mövzusu ilə çıxış edən UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnsitutunun elmi katibi Rəfail Rzayev qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı təkliflər verib. Tədbirdə Yeni Azərbaycan Partiyasının sıralarına yeni üzv olan UNEC-in 94 nəfər əməkdaş və tələbəbəsinə partiyanın biletləri təqdim edilib.
Anar




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Əsl müəllim həmişə nümunəvi vətəndaş, yaxşı şagird yetişdirməyə çalışır
24.05.2019
Şabran məktəbliləri internetdə olan imkanlar və təhlükələr barədə məlumatlandırılıb
24.05.2019
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək
24.05.2019
Bakının Baş Planı ilə bağlı layihə tamamlanmaq üzrədir
23.05.2019
Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu təmir olunur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info