"Monako"nun futbolçusu Kilian Mbappe yeni mövsüm İspaniyada oynaya bilər. Fransalı hücumçu "Real"a transfer olunmağa razılıb verib. K.Mbappenin ailə üzvləri ilə danışıqlar aparan Madrid klubu istəyinə nail olub. Bildirilib ki, 18 yaşlı hücumçunun "Kral klubu"na keçmək istəməsinin səbəblərindən biri də "Real"ın baş məşqçisi Zinəddin Zidanla birgə çalışmaq arzusudur. Qeyd edək ki, bundan əvvəl "Monako" "Mançester Yunayted"in Mbappe üçün göndərdiyi 85 milyon avroluq təklifini rədd edib. Klubun fransalı oyunçuya 120 milyon avro qiymət qoyduğu bildirilir. Bu arada Mbappe Çempionlar Liqasının yarımfinalında "Yuventus"a uduzduqları oyun haqqında danışıb: “Bir az təcrübəsiz olduğumuz hiss olunurdu. Amma ən böyük problemimiz əlimizə düşən fürsətlərdən yararlana bilməməyimiz idi”. Gənc hücumçu cavab oyununda rəqib qapıçısı Canluici Buffonu məyus edəcəyinə inandığını bildirib: “Xeyli qol vəziyyətlərimiz oldu. Amma hesabı aça bilmədik. Buffon bir neçə dəfə vacib qurtarışlar etdi. “Yuventus” isə iki dəfə hücuma çıxdı və hər ikisində qapımızda qol gördük. Bu oyundan dərs çıxarmalıyıq. İnanıram ki, cavab oyununda Buffona qol vura bilərik”.
|