ABŞ Rusiya limanlarına nəzarət etmək istəyir
Tarix: 06.05.2017 | Saat: 00:58:00 | E-mail | Çapa göndər


Rusiya Federasiya Şurasının komitə sədri Konstantin Kosaçev Nümayəndələr Palatasının qərarını “müharibə elanı” kimi dəyərləndirib


ABŞ Nümayəndələr Palatası Şimali Koreyaya qarşı qadağaları pozan limanlar haqqında qanun layihəsini təsdiq edib. Qəbul edilmiş qanunu şərh edən rusiyalı politoloq Maksim Qriqoryev “Sputnik” radiosuna verdiyi açıqlamada ABŞ administrasiyasının KXDR-ə qarşı qadağaların həyata keçirilməsi kontekstində Vladivostok, Naxodka və Vanino kimi Rusiya limanlarına xüsusi nəzarət edə biləcəyini də istisna etməyib.
Qeyd edilməlidir ki, qəbul edilmiş sənəddə Rusiya limanları ilə yanaşı, Çin, İran və Suriyanın liman şəhərlərinin də adları qeyd edilib. Sənədin başqa bir özəlliyi isə Şimali Koreyaya qarşı ötən il qəbul edilmiş qadağalarda edilən düzəlişlərdir. Beləliklə, yeni qanun layihəsinə görə, ABŞ prezidenti qanunun qüvvəyə minməsindən sonra, 180 gün ərzində, sonra isə beş il müddətində hər il Şimali Koreyaya qarşı BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozan dəniz və hava limanları barədə Konqresə hesabat verəcək. Konqres tərəfindən qəbul edilən sənəd Rusiyanın Uzaq Şərqdəki limanlarının da mümkün nəzarətini təmin edir. Qanun layihəsi ölkə prezidenti tərəfindən təsdiqlənməlidir. Demokratiya problemləri Araşdırmalar Fondunun direktoru, politoloq Maksim Qriqoryevin sözlərinə görə, Nümayəndələr Palatası tərəfindən yekdilliklə qəbul edilsə də, burada bir çox tragikomik lövhələr nəzərə çarpmaqdadır: “Rusiya limanlarında nə baş verdiyini izləmək lazım gəlməlidir. Bu çox gülünc görünür. Burada söhbət ondan gedir ki, Amerika Birləşmiş Ştatları qanunverici orqanı icraedici orqana səlahiyyət verir ki, Rusiya, İran və Suriya limanlarının köməyi ilə Şimali Koreyaya qarşı qadağaların pozulub-pozulmamasını müəyyənləşdirsin. Ümumiyyətlə, qanundakı sözlərin bəziləri şübhə xarakteri daşıyır. Belə çıxır ki, ABŞ öz qanunlarını başqa dövlətlərə diqtə etmək niyyətindədir”. Qriqoryevin ehtimalına görə, bununla da növbəti hücum üçün platforma hazırlanır: “ABŞ-ın bu mövqeyi növbəti bir hücuma, məsələn Rusiyaya, Çinə və ya Suriyaya qarşı hücuma hazırlıq kimi də dəyərləndirilə bilər. Təbii ki, ABŞ-ın digər ölkələr üzərində heç bir hüququ yoxdur. Amma ABŞ rəhbərliyi hansısa təbliğat kampaniyasının anonsunu verir”. Qeyd edək ki, ABŞ-ın Rusiyanın Uzaq Şərqdəki limanlarına nəzarətlə bağlı mövqeyi Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Konstantin Kosaçev tərəfindən “müharibə elanı”na bərabər çağırış kimi dəyərləndirilib. Kosaçev “RİA-Novosti” saytına verdiyi açıqlamada qeyd edib ki, ABŞ-ın Nümayəndələr Palatası tərəfindən qəbul edilən qanun beynəlxalq hüquqa uyğun olmadığına görə, heç vaxt reallaşmayacaq.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Viqen Akopyan: “Paşinyan komandasında təsir rıçaqını əldə etmək üçün mübarizə gedir”
25.05.2019
Türkiyənin təhlükəsizlik qüvvələri PKK-nın Qara dəniz düşərgəsini ələ keçiriblər
25.05.2019
Serj Sarkisyan gizlicə Koçaryanla görüşüb
25.05.2019
Erməni ordusuna ayrılan sabunlar Gümrüdəki bazarda satılır
24.05.2019
ABŞ-ın Türkiyəyə C-400 və sanksiya hədəsində FETO izi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info