Gənclər arasında sağlam həyat tərzi təbliğ olunur
Tarix: 08.05.2017 | Saat: 16:18:00 | E-mail | Çapa göndər


Mayın 6-da “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Sağlam düşüncə, sağlam həyat tərzi” layihəsi çərçivəsində növbəti tədbir keçirib.
Yevlax rayon Yuxarı Qarxun kənd tam orta məktəbində keçirilən tədbirdə şagirdlərə sağlam həyat tərzi və insan sağlamlığı üçün zərərli qidalar barədə geniş məlumat verilib. “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov bildirib ki, bu gün Azərbaycanda ofislərdə, təhsil ocaqlarında, istirahət və əyləncə mərkəzlərində, restoranlarda, parklarda süni qidalar - "fast-food" məhsullarının ticarəti sürətlə artmaqdadır. Tez hazırlanan yeməklərə hələ Qədim Romada rast gəlinib. Belə qidaları əlüstü, ayaqüstü yeməklər və ya müasir dillə desək, “fast-food” adlandırırlar. “Fast-food” termininə ilk dəfə 1951-ci ildə Merriam Vebsterin lüğətində rast gəlinib. 1920-ci ildə isə Amerikada əlüstü yeməklərin biznesinə başlanılıb. 1921-ci ildə Kanzas ştatında "White Castle" kompaniyası hamburger satışı ilə məşğul olub.1940-cı ildə isə bu kompaniyaya ən böyük rəqib olan McDonalds yaradılıb. Hazırda fast-food məhsullarının ticarəti ilə məşğul olan ən böyük şirkətin dünyanın 119 ölkəsində 30 000-dən çox restoranı fəaliyyət göstərir. Son dövrlərdə isə Amerikada, eləcə də digər inkişaf etmiş ölkələrdə sağlamlıq üçün zərərli olduğuna görə “Mc.Donalds” şəbəkələrinin qidalarını boykot etmək" aksiyaları keçirilir.
Ekspert Camal Bərxudarov deyib ki, fast-food restoranlarında yeyilən qidaların tərkibində A, C vitaminləri və kalsium olduqca azdır. İnsan orqanizminin sağlam olması üçün gündəlik bu vitaminlərin qəbul edilməsi əsas şərtlərdən biridir. Belə vitaminlərin az qəbul edilməsi katarakt, ürək, eləcə də digər xroniki xəstəliklərə tutulma ehtimalını artırır. Bol yağda qızartma üsulu fast-food restoranlarında tez-tez istifadə edilir. Həmin yağlarda məhsul bir, iki kərə deyil, dəfələrlə bişirilir. Bu yağların tərkibi 10-12 saatdan sonra dəyişir. Qızartma zamanı yağdakı E vitamini və zülallar yanır, təhlükəli birləşmələrə çevrilir. Yağda qızardılmış qidalardan tez-tez istifadə etdikdə isə həzm orqanları xərçəng xəstəliyinə asanlıqla tutula bilər. Ramiz Cürənov qeyd edib ki, heyvan və ya transgen mənşəli yağlarda qızardılmış məhsulların, eləcə də süni qidaların tərkibində vitaminlərin, enerjinin və karbohidratların dəyəri qeyri-sabit olur. Belə qidaları mütəmadi qəbul edən uşaqlarda həzm sistemi xəstəlikləri, sümük boşluğu daha çox özünü göstərir. Fast-food məhsullarından tez-tez istifadə edən uşaqlarda yaddaş zəifliyi və qavrama qabiliyyəti aşağı səviyyədə olur. Onlar yetkinlik dövründə “kökəlmə bəlası”na düçar olurlar. Uşaqlar çox yedikləri üçün deyil, zərərli qidalar yedikləri üçün xəstələnirlər. Amerikada gənclərin 61 faizinin köklüyünün səbəbi fast-food məhsullarıdır. Ayaqüstü bəslənmədə yeməklərə uzun müddət və tamlı qalmaq üçün kimyəvi rəng və dadvericilər, antibakterial kimi qatışıq maddələr vurulur. Belə qatışıqlardan yerində və normasında istifadə edilməməsi xərçəng xəstəliyinə tutulma riski yaradır. Mütəxəssislər süni qidaların uşaqlarda vurduğu zərəri aydınlaşdırmaq üçün dəfələrlə test keçiriblər. Körpələrin aqressiv, əsəbi olmasında əsas səbəbkarın süni qidalar olduğu üzə çıxıb. Həmin qidaların tərkibindəki kimyəvi və fiziki dəyişikliyə uğramış qatışıq maddələr bədənin müqavimətini zəiflədir, uşaqların əsəbi, təcavüzkar ruhda böyüməsinə səbəb olur.
Daha sonra şagirdlərin mövzu ilə əlaqədar sualları cavablandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info