Fransalı deputat Şuşadan danışaraq yeni prezidentə çağırış etdi
Tarix: 08.05.2017 | Saat: 16:20:00 | E-mail | Çapa göndər


Fransa Nümayəndələr Palatasının deputatı,
Azərbaycanın Dostları Assosiyasiyasının Prezidenti Jan-Fransua Mansel  "8 Mayda Şuşanı Unutmayaq" adlı yazı dərc edib.Jan-Fransua Manselin «8 mayda Şuşanı unutmayaq» məqələsini redaksiyamıza Azərbaycan-Fransa Parlamentlərarası işçi qrupun üzvü, millət vəkili Cavanşir Feyziyev təqdim edib.
Yazıda deyilir: “Əgər 1945-ci ilin 8 mayı bizim yaddaşlarımızda müttəfiqlərin qalib gəldiyi nasist Almaniyasının təslim olduğu gün kimi qalıbsa, 1992-ci ilin 8 mayı azərbaycanlı dostlarımızın yaddaşında erməni ordusunun ələ keçirdiyi Şuşanın işğalı günü kimi qalıb. Şuşa Azərbaycan müsiqisinin beşiyi olub. Məhz, bu şəhərdə Azərbaycan xalqının emosiyalarını qədimlərdən bu günə qədər daşıyan muğam ilə bağlı Azərbaycan mədəniyyətinin ən gözəl səhifələri yazılmışdır. Qafqaza səfəri zamanı Aleksandr Düma o dövrün ən lirik şairlərindən biri olmuş Qarabağ Xanının qızı Xurşudbanu Natavan ilə, məhz, Şuşada görüşmüşdür. Şuşa şəhəri 1992-ci ildə erməni ordusu tərəfindən işğal olunana qədər bütün tarix boyu Azərbaycan mədəniyyətinin döyünən ürəyi olub.

Onun təslim olması ilə Azərbaycan Dağlıq Qarabağının işğalı başa çatır: Şuşanın işğalı zamanı 480 nəfər öldürülüb, 600 nəfər yaralanıb, 552 uşaq valideynini itirib. Məktəblər, tarixi, mədəni və dini abidələr dağıdılıb; Azərbaycan mədəni irsinin Şuşanın tarixi ilə bağlı olan bütün elementləri yoxa çıxıb. Dağıdıcı erməni işğalı əsrlərdən bəri Şuşada yaşamış azərbaycanlı ailələrini istisnasız olaraq öz yurd-yuvasından qovmuş və işğalçı ermənilər onların evlərinə yerləşdiriliblər. Odur ki, bu gün məhz bunun hesabına süni şəkildə özmüqəddəratını həlletmə tələb olunur. O vaxtdan bəri Şuşanın intellekt və sənətkarlıq zənginliyi yalnız xəyallarda canlandırılır. Biz Fransada bu gün zülmdən azad olmağımızın 72-ci ildönümünü qeyd edəndə azərbaycanlı dostlarımızı və 25 ildir ki, azadlığını və müstəqilliyini itirmiş Şuşanı xatırlayırıq. Amma bu həmişəlik belə qalmayacaq.
Arzu edək ki, respublikanın yeni prezidenti tezliklə fəal bir şəkildə Minsk Qrupunun həmsədri vəsifəsini üzərinə götürsün, Azərbaycan və Ermənistan arasında barışa, işğal olunmuş torpaqların azad olunmasına və qaçqınların hüquqlarının bərpasına söykənən ədalətli və davamlı bir sülhə nail ola bilsin”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info