“Dünya qütbləşir və artıq beynəlxalq hüquq işləmir”
Tarix: 08.05.2017 | Saat: 16:52:00 | E-mail | Çapa göndər


“Böyük dövlətlər dünya tarixində heç bir dəyəri olmayan Ermənistan kimi dövlətin müdafiəsinə qalxır. Buna nə ad vermək olar? Ancaq "Xristian təəssübkeşliyi". Sanki bu müharibə Azərbaycanla Ermənistan arasında deyil, islam dünyası ilə xristian dünyası arasında gedir. Bunu deməyə cəsarət tapmalıyıq. Bu onu göstərir ki, dünya qütbləşir və artıq beynəlxalq hüquq işləmir”. 
 
Bunu Milli Məclisin deputatı Yevda Abramov deyib.
 
Deputat bildirib ki, bu gün Şuşanın işğalından 25 il ötsə də, təəssüf ki, hələ də böyük dövlətlər Azərbaycan xalqının zaman-zaman başına gətirilən bu bəlaların qarşısında susur. Onun sözlərinə görə, dünya dövlətləri münaqişəyə müxtəlif aspektlərdən yanaşır: “Özünün gücündən, potensialından istifadə edərək, balaca erməni dövlətinə təsir edə bilmir. Bunlar hamısı təəssüf doğurur. Siyasi aspektdən yanaşanda, müharibənin taleyi hələ də uzanır. Necə ola bilər ki, dünyanın ən böyük təşkilatı olan BMT-nin qəbul etdiyi qətnamələr işləmir? Halbuki, ABŞ, Fransa və Rusiya kimi dövlətlər Ermənistanı bir saat içində susdura bilər. Çox təəssüflər olsun ki, bu dövlətlər öz mənafelərinə görə susurlar, bir milyon məcburi köçkünümüzün həyatına heç bir reaksiya vermirlər. Ancaq vaxt gələcək və biz möhtəşəm qələbəmizi qazanacağıq, öz əzəli torpaqlarımıza qayıdacağıq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info