Birləşmiş Ərəb Əmirliyində Heydər Əliyevlə bağlı tədbir keçirilib
Tarix: 08.05.2017 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin, eləcə də Dubay və Şimal Əmirliklərindəki Baş konsulluğunun birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib.
 
Baş konsulluqdan verilən məlumata görə, tədbirdə səfir Daşqın Şikarov çıxış edərək H. Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs edib, onun ölkəmizə qazandırdığı nailiyyətlər barədə tədbir iştirakçılarına geniş məlumat verib.
 
Bununla yanaşı, o, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr barədə danışaraq Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratdığını vurğulayıb.
 
Baş konsul Pərviz İsmayılzadə isə Azərbaycan xalqının şanlı oğlu, qüdrətli dövlət xadimi, dahi siyasətçi, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin XX əsrin ən parlaq simalarından və nadir şəxsiyyətlərindən biri olduğunu, şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın simvolu səviyyəsinə yüksəldiyini qonaqların diqqətinə çatdırıb. Baş konsul qeyd edib ki, heyrətamiz idarəçilik istedadına, mətin iradəyə və misilsiz əzmkarlığa malik ulu öndər Azərbaycanda siyasi hakimiyyətə ilk gəlişində ölkəni tənəzzül burulğanından çıxararaq qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkə səviyyəsinə yüksəldə bilib, müstəsna təşkilatçılığı, siyasi uzaqgörənliyi, iti zəkası və qibtə olunası işgüzarlığı ilə xalq arasında böyük hörmət və şöhrət qazanıb. Baş konsul H. Əliyevin siyasi kursunu bütün sahələrdə həyata keçirən prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın tarixi nailiyyətlərə imza atdığını, Azərbaycanın öz inkişafının keyfiyyətcə yeni, daha yüksək mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb.
 
P. İsmayılzadə Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın ölkə daxilində, həmçinin xarici ölkələrdə Azərbaycanla bağlı həyata keçirilən bütün layihələrdə yaxından iştirak etdiyini, əlindən gələni əsirgəməyərək Azərbaycanın parlaq gələcəyi uğrunda əzmlə fəaliyyət göstərdiyini əlavə edib. Baş konsul I vitse-prezidentin “Eurovision-2012” mahnı müsabiqəsi, “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitələrinə sədrlik etdiyini, həmçinin dünyanın bir çox ölkələrində humanitar-xeyriyyə aksiyaları həyata keçirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. P. İsmayılzadə müxtəlif sahələrdə beynəlxalq strateji əhəmiyyətli tədbirlərin yüksək səviyyədə təşkilatçılığına şahid olan prezident İlham Əliyevin IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə sədrliyini də Mehriban Əliyevaya əminliklə həvalə etdiyini vurğulayıb.
 
Çıxışlardan sonra Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında sənədli film, sonra isə IV İslam Həmrəyliyi Oyunları haqqında film nümayiş etdirilib, habelə bu ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinə dair xüsusi hazırlanmış foto stendlər nümayiş olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”
10.11.2018
Angela Merkel antisemitizmin artmasına görə narahatdır

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info