Kollec tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər
Tarix: 08.05.2017 | Saat: 18:09:00 | E-mail | Çapa göndər


Bakı İdarəetmə və Texnologiya Kollecinin (BİTKol) tələbələri ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ərəfəsində Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Mərkəzin əməkdaşları kollecin müəllim və tələbələrini Heydər Əliyev Mərkəzi ilə yaxından tanış ediblər. Əvvəlcə Mərkəz barədə məlumat verilərək qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin 29 dekabr 2006-cı il tarixli Sərəncamına əsasən Bakıda Heydər Əliyev Mərkəzi yaradılıb. Ulu ğndərin 89-cu doğum günündə - 10 may 2012-ci ildə dövlət başçısı İlham Əliyev və xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə Mərkəzin təntənəli açılış mərasimi olub. Bildirilib ki, ulu öndər Heydər Əliyevin adını daşıyan Mərkəz  müasir Azərbaycanın, paytaxt Bakının rəmzinə çevrilməklə, ölkəmizin dinamik inkişafını, keçmişdən gələcəyə bağlılığını təcəssüm etdirir. Heydər Əliyev Mərkəzinin loqosu da məhz bu ideyadan yaranıb. Mərkəzin loqosu Azərbaycanın keçmişdən gələcəyə doğru baxışlarını, ölkəmizin tərəqqisini və sabahını simvolizə edir.
Müəllim və tələbələrə məlumat verilib ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği,  elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir. Bununla yanaşı, Mərkəz Azərbaycan tarixinin, mədəniyyətinin, dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, eləcə də dünya mədəniyyətinin, müxtəlif sivilizasiya nümunələrinin ölkəmizdə tanıdılması, yerli, regional və beynəlxalq konfrans, simpozium və digər tədbirlərin keçirilməsi istiqamətində də fəaliyyət göstərir. Bildirilib ki, Heydər Əliyev Mərkəzi digər ölkələrin analoji qurumları, araşdırma mərkəzləri ilə elm, təhsil, mədəniyyət, iqtisadiyyat, idman, ekologiya kimi müxtəlif sahələrdə birgə layihələr həyata keçirir.
Mərkəzin əsas binasının Heydər Əliyev Muzeyi, sərgi zalları və “Auditorium” kimi üç böyük hissədən ibarət olduğu da diqqətə çatdırılıb. Qeyd olunub ki, binanın doqquz mərtəbəli hissəsində sərgi zalları, ofislər, həmçinin kafelər yerləşir. Dörd mərtəbəli “Auditorium” hissəsində iki konfrans salonu, görüş otaqları və media mərkəzi yerləşir. Binada həmçinin təbii ağaclar və bitkilərdən təşkil olunmuş landşaft ərazisi də formalaşdırılıb. Binanın tərkibində müxtəlif interaktiv məlumat köşkləri də var ki, Mərkəzə gələn ziyarətçilər burada keçirilən tədbirlər və sərgilər haqqında məlumat əldə edə bilərlər. Mərkəzin əməkdaşları onu da vurğulayıblar ki, 2013-cü ilin oktyabrında Heydər Əliyev Mərkəzi Sinqapurda keçirilən Dünya Memarlıq Festivalında təqdim edilib. 2014-cü ilin iyununda isə Heydər Əliyev Mərkəzinin binasının dizaynına görə “Design Museum” təşkilatı Mərkəzin memarı Zaha Hadidə “İlin dizaynı 2014” mükafatını verib. Bu mükafat Z.Hadidə Bakıda təqdim edilib.
BİTKol tələbələri ümummilli lider Heydər Əliyevin adını daşıyan Mərkəzlə, o cümlədən Heydər Əliyev Muzeyi, sərgi zalları və “Auditorium”la tanış olduqdan sonra xatirə şəkli çəkdiriblər. Heydər Əliyev Mərkəzi kollecin tələbələrində xoş təəssürat yaradıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info