YAP qələbələr partiyasına çevrilib
Tarix: 08.05.2017 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


Bu fikir Partiyanın Pirallahı Rayon Təşkilatının konfransında bir daha səsləndirildi 

Pirallahı Rayonunda Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayan konfransda YAP-ın yaradıcısı və banisi, ulu öndər Heydər Əliyevin və, eləcə də, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra təsis konfransdan ötən müddət ərzində görülmüş işlərə dair hesabat əsasında hazırlanmış video-çarx nümayiş etdirildi. Hesabatda bildirildi ki, yarandığı gündən Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiya ötən 24 il ərzində öz məqsədlərinə çatmaq üçün uğurla fəaliyyət göstərib. Çətin sınaqlardan müvəffəqiyyətlə çıxmış, böyük və şərəfli yol keçmiş Yeni Azərbaycan Partiyası bu gün ölkəmizin siyasi təşkilatları içərisində istər kəmiyyətcə, istərsə də keyfiyyətcə bərabəri olmayan bir partiyadır, cəmiyyətimizdə özünəməxsus aparıcı yer tutmuşdur, ölkədə keçirilən prezident, parlament, bələdiyyə seçkilərində və referendumlarda inamlı qələbələr qazanaraq qələbələr partiyasına çevrilmişdir. YAP-ın aparıcı rayon təşkilatlarından olan Pirallahı rayon təşkilatının da partiyanın əldə etdiyi nailiyyətlərdə öz rolu, öz payı vardır. Partiyanın bir parçası olan YAP-ın rayon təşkilatı Pirallahı rayonunun ictimai-siyasi və sosial-iqtisadi həyatının bütün sahələrində yüksək aktivlik nümayiş etdirməklə, insanların partiyaya və dövlətçiliyə olan sadiqliyinin, səmimi münasibətlərinin ifadəçisinə çevrilmişdir.

Qeyd edildi ki, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı 17 iyul 2013-cü il tarixində Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin böyük iclas zalında baş tutmuş Təsis Konfransında yaranmışdır. O zaman rayon təşkilatının sıralarında 3 162 nəfər üzv vardı. Ötən dörd il ərzində rayon təşkilatının sıraları kəmiyyət və keyfiyyət baxımından sürətlə genişlənmişdir. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı çoxsaylı müraciətləri nəzərə alaraq, keyfiyyət prinsipinə üstünlük verməklə, hesabat dövrü ərzində 1671 nəfər rayon sakinini partiya sıralarına qəbul etmiş, beləliklə üzvlərinin sayını 35% artıraraq 4833 nəfərə çatdırmışdır.  Sevindirici haldır ki, təşkilatın üzvlərinin üçdə birindən artığını gənclər təşkil edir. Bu gün onların sayı 1669 nəfərdir. Cəmiyyətdə aktivliyi ilə seçilən qadınlarımızın da sayında ciddi artım olub və bu gün qadın partiyaçıların sayı 1322 nəfərdir. 

Hesabata münasibət bildirən Pirallahı Su-kanal İdarəsinin rəisi Əli Kərimov, 186 №-li tam orta məktəbin direktoru Arif Xankişiyev, QAC Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova, YAP Siyasi Şurasının üzvü Elmar Qasımov, "Abşeronneft” NQÇİ ilk partiya təşkilatının sədri Şamil Kazımov və başqaları çıxış edərək ötən müddət ərzində rayon təşkilatının gördüyü işləri yüksək qiymətləndirdilər.

Millət vəkili Rauf  Əliyev bildirdi ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. YAP ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. 1988-ci ildən başlanan, ölkəni bürüyən total böhran AXC-"Müsavat" tandeminin bacarıqsızlığı və səriştəsizliyi səbəbindən daha da dərinləşmişdi. Məhz belə bir ərəfədə Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almaq, uçurum qarşısında olan dövlətimizi xilas etmək məqsədilə xalqımızın milli maraqlar ətrafında birləşmiş sağlam qüvvələri, həmçinin, ziyalılar dahi şəxsiyyət Heydər Əliyevə müraciət etdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə "91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransında Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi və beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərinə taleyüklü missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.

Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov konfransda çıxış edərək YAP-ın yaranma tarixdən, partiyanın əldə etdiyi nailiyyətlərdən və ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs etdi. V.İmanov qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının Pirallahı Rayon Təşkilatı son dörd ildə ümummilli lider Heydər Əliyevin ideyalarına daim yüksək sədaqət nümayiş etdirmiş və öz lideri, partiyamızın Sədri, Azərbaycan Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifə və tapşırıqları yüksək məsuliyyətlə həyata keçirməyə çalışmışdır. Bu gün rayonda icra strukturları ilə partiya təşkilatı sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Uğurların, sosial-iqtisadi sahədə qazanılan nailiyyətin əsasında da bu amil durur. Bütün bu uğurların təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Çıxışlardan sonra təşkilati məsələlərə baxıldı. Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Hikmət Məzi oğlu Şikarov YAP Pirallahı rayon təşkilatının sədri, Qoçalı Teymur oğlu Mahmudov, Əli Kərəm oğlu Kərimov, Baxarəddin Səməndər oğlu Rəsulov və Bəxtiyar Nüsrət oğlu Balakişiyev sədrin müavinləri seçildilər. Həmçinin, 35 nəfərdən ibarət Şura, 15 nəfərdən ibarət İdarə Heyəti və 5 nəfərlik Nəzarət-Təftiş Qrupunun üzvləri müəyyənləşdirildi.

Təşkilati məsələlərdən sonra çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd etdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün Sədri möhtərəm Prezidentimiz cənab İlham Əliyev olan Yeni Azərbaycan Partiyası həqiqətən də, ümummilli liderimizin dediyi kimi, "Dünənin, bu günün və gələcəyin partiyasıdır”. İnanırıq ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətinin dünya siyasətində rolunu və nüfuzunu daha yüksəldəcək, bundan sonra da nəinki respublikamızda, eləcə də beynəlxalq arenada fəallığı ilə, mütəşəkkilliyi ilə seçiləcəkdir. Çünki Yeni Azərbaycan Partiyası - dahi Heydər Əliyevin Partiyasıdır. 

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info