Futbol üzrə Mərakeş millisi IV İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb
Tarix: 08.05.2017 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


Mayın 8-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışına start verilib.
AZƏRTAC xəbər verir ki, mötəbər turnirin ilk oyununda Səudiyyə Ərəbistanı millisi Mərakeş komandası ilə qarşılaşıb. Görüş Mərakeş millisinin minimal hesablı qələbəsi ilə başa çatıb.
“A” qrupu çərçivəsində “AZAL Arena”da təşkil olunan görüşdə Səudiyyə Ərəbistanı yığmasının start heyətində Omar Alsunaın, Abdulmohsen Fallatah, Abdullah Alfahad, Abdulelah Almalkı, Mohamed Kanno, Abdulrahman Alghamdi, Mohammed Alkuvaykibi, Abdulaziz Albişi, Fahad Zahim, Ali Hazazi və Habib Alvatyan yer alıblar.
Mərakeş millisinin ilk onbirliyində isə meydana Yassine Əl Houasli, Fahd Moufi, Aşraf Dari, Zakaria Əl Ayoud, Valid Sabbar, Mohamed Kamal, Mohamed Elmorabit, Aymane Əl Hassouni, Houssam Amaanan, Yəhya Attıat-Allal və Zouheir Əl Moutarajı çıxıblar.
Ukraynalı hakimlər briqadasının idarə etdiyi oyunun ilk hissəsində hesab açılmayıb.
İkinci hissəyə daha fəal başlayan Mərakeş millisi matçın 76-cı dəqiqəsində istəyinə nail olub. Çouaib Əl Maftul adını tabloya yazdırıb – 1:0. Bu, oyunda yeganə qol olub və Mərakeş millisi “Bakı-2017”yə 1:0 hesablı qələbə ilə başlayıb.
Günün digər qarşılaşmalarında Türkiyə-Əlcəzair, Fələstin-Oman və Azərbaycan-Kamerun qarşılaşmaları keçiriləcək.
“Bakı-2017”nin futbol yarışında hər bir komandanın heyəti 23 yaşadək futbolçulardan ibarətdir. Bununla yanaşı, qaydalara əsasən, yaşı 23-dən yuxarı olan üç futbolçu da heyətdə yer alıb.
Futbol üzrə Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarında ilk dəfə çıxış edəcək.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
“Poqba və Mbappe ilə birgə oynamaq istərdim“
16.06.2019
Sulşer Beyldən imtina etdi
15.06.2019
Ukraynanın futbol üzrə U-20 yığması dünya çempionu olub
15.06.2019
Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçirilib
15.06.2019
Pakistanda Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunan golf turniri keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info