Azərbaycan Dövlət Pedaqoji Universitetində “Diaspor dərsi“ keçirilib
Tarix: 08.05.2017 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində Diaspor Jurnalistləri Birliyinin könüllü olaraq icra etdiyi “Ali məktəblərdə diaspor dərsləri” layihəsi çərçivəsində tədbir keçirilib.
Öncə Şuşanın işğalının ildönümü ilə bağlı Azərbaycanın ərazi bütövlüyü uğurunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və coğrafiya fakültəsinin dekanı Şahin Pənahov çıxış edərək iştirakçıları və qonaqları salamlayıb, layihənin Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilməsindən məmnunluğunu ifadə edib.
Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə layihənin məqsədindən danışaraq əsas hədəflərin tələbə-gənclərin Azərbaycan diasporu haqda düşüncəsini inkişaf etdirmək, gənclərin informasiya müharibəsinin aparılmasında rolunu gücləndirmək olduğunu qeyd edib.
Daha sonra Misirdəki Azərbaycan Diasporu təşkilatının sədri Ramil Niftalıyev, Türkiyə Azərbaycan evinin icraçı direktoru, diaspor məsələləri üzrə ekspert Toğrul Allahverdili, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Zaur Məmmədov, Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının magistrı, gənc politoloq Elvin Babayev
və Diaspor Jurnalistləri Birliyinin baş katibi Siyavuş Əmirlinin çıxışları maraqla dinlənilib. Çıxış edənlər məlumat və maarifləndirmə xarakterli “Diaspor dərsi”ində ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının xaricdəki azərbaycanlıların vahid ideya ətrafında birləşməsində rolu, Azərbaycan dövlətinin diasporun inkişafı istiqamətində gördüyü işlər, xaricdəki tələbə-gənclərimizin diaspor fəaliyyətinin perspektivləri, Azərbaycan gənclərinin informasiya müharibəsinin aparılmasında rolu mövzularından ətraflı bəhs ediblər.
Tədbirdə ADPU-nun məzunu və hazırda Almaniyanın Volkshochschule Braunschweig Ali Məktəbinin dosenti və Stadt Braunschweig Migrasiya idarəsində Layihə rəhbəri kimi çalışan Şəfəq Azərin də videomüraciəti nümayiş olunub.
Xatırladaq ki, DJB tərəfindən könülü olaraq Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Azərbaycan Texniki Universitetində də “Diaspor dərsi” keçirilib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info