“Faşizmin təbliği və qəhrəmanlaşdırılması Ermənistanın dövlət siyasətinə çevrilib”
Tarix: 08.05.2017 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


“İkinci Dünya müharibəsində qələbə qazanılmasına Azərbaycan xalqı da böyük töhfələr verib".
 
Bu barədə İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 72-ci ildönümü ilə əlaqədar Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlamasında deyilir.
 
Açıqlamada bildirilir ki, müharibə zamanı 640 min nəfərdən artıq Azərbaycan vətəndaşı cəbhəyə yollanıb, onlardan 300 min nəfərdən çoxu döyüşlərdə həlak olub: “Cəbhədə yaralanmış 440 min nəfərdən çox insan ölkə hospitallarında müalicə edilib. Bakıda 130-dan çox növdə silah və döyüş sursatı istehsal edilib. Cəbhənin tələb etdiyi bütün benzinin 80%-ni, sürtgü yağlarının 90%-ni Azərbaycan təmin edib. 40-cı illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşüb. Yusuf Məmmədəliyev başda olmaqla, kimyaçı alimlər müharibə illərində 38 növ sürtkü yağı, 9 adda təyyarə benzini və 8 növ dizel yağı istehsalını təşkil ediblər”.
 
XİN rəsmisi qeyd edib ki, faşizm üzərində qələbənin əldə edilməsinə öz töhfələrini vermiş Azərbaycanı hazırda baş qaldıran faşizmin qəhrəmanlaşdırılması, irqçilik, ksenofobiya və şovinizm kimi meyllər ciddi surətdə  narahat edir: “Azərbaycan bu xüsusda BMT Baş Assambleyası tərəfindən illik əsasda qəbul olunan “Nazismin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə" adlı qətnaməyə həmmüəllif kimi qoşulur və onu dəstəkləyir. Sonuncu belə qətnamə BMT BA-da 19 dekabr 2016-ci il tarixində qəbul edilib. Qətnamədə tələb olunur ki, irqi üstünlük və ya nifrət, eləcə də irqi ayrı-seçkiliyin təhrikinə əsaslanan fikirlərin yayılması, onların maliyyələşdirilməsi, irqçi fəaliyyətə və zorakılıq aktlarına hər hansı bir yardım göstərilməsi halları qanunla cəzalandırılmalıdır. Ermənistan qətnamənin lehinə səs versə də, əslində nasizmin təbliği və faşizmin qəhrəmanlaşdırılması bu ölkədə dövlət siyasətinə çevrilib. Belə ki, faşist Almaniyasının SS generalı Njde Qaregin və "Dro" ləqəbi ilə tanınan Drastamat Kanayanın "milli qəhrəman" kimi təbliğ edilməsi, onların adlarının əbədiləşdirilməsi Ermənistan rejiminin əsl mahiyyətini açıq şəkildə göstərir. Njde Qaregin və Drastamat Kanayan II Dünya müharibəsində işğal olunmuş SSRİ ərazilərində yəhudilərə və digər millətlərə qarşı xüsusi amansızlıqla qırğınlar törədib. Həmçinin, Bolqarıstan və Rumıniyada erməni milliyyətçi təşkilatı olan "Tsexakron" üzvlərindən  ibarət döyüşçü qruplar yaradılıb və bu təşkilat dünyadakı bütün erməniləri nasistlərlə əməkdaşlığa çağırıb. Faşistlərin irqi ayrı-seçkilik, "Ari" irqi və anti-semitizm ideologiyasina sahib çıxaraq, Njde Gareginin formalaşdırdığı irqçi təmayüllü şovinist erməni milli məfkurəsi bu gün Ermənistanın hakim Respublika Partiyasının və nəticə etibarilə də Ermənistan hökumətinin ideoloji təmayülünü təşkil edir. Dəhşət doğuran hal odur ki, "njdeizm" adı altında bu irqçi ideologiya Ermənistanda orta və ali məktəb proqramına daxil edilib və gənc nəsil bu ruhda tərbiyə edilir. Dövlət başçısı Serj Sarkisyanın rəhbəri olduğu Ermənistan Respublikaçılar Partiyası Njdeni özlərinin lideri, ideoloji öndəri sayır”.
 
Hikmət Hacıyev əlavə edib ki, 2004-cü ildə Ermənistanda,  indi iqtidarda olan Respublikaçılar Partiyası tərəfindən çap edilmiş “Qaregin Njdenin Təlimi” kitabı dövlət səviyyəsində Ermənistan diplomatik nümayəndəlikləri tərəfindən ölkə xaricində də təbliğ olunur. Ermənistan tərəfindən dövlət büdcəsi hesabına bir neçə milyon dollara “milli qəhrəman” Qaregin Njde haqqında film çəkilib: “Ermənistanın faşizmin qəhrəmanlaşdırılması kimi əməlləri, o cümlədən 28 may 2016-cı il tarixində ölkə rəhbərliyinin iştirakı ilə Njde Qareginə Yerevanın mərkəzində böyük abidə qoyulması II Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olmuş milyonlarla insana, onların yaxınlarına və veteranlara hörmətsizliyin ifrat nümunəsidir. Dünyanı faşizm təhlükəsindən xilas edən və bu yolda şəhid olan milyonlarla insanın ailə üzvlərinə, müharibə veteranı və əlillərinə, ümumilikdə beynəlxalq ictimaiyyətə  üz tutaraq Ermənistanın bu kimi səylərinə qarşı səslərini ucaltmağa çağırırıq. Bu kimi ədalətsizliklərə baxmayaraq, əminik ki, İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacaq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info