Tiflisdə Şuşanın işğal günü ilə bağlı tədbir keçirilib
Tarix: 08.05.2017 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


Tiflisdə Şuşanın işğalının 25-ci ildönümü ilə bağlı tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva açıb. Tədbirdə Şuşanın işğalı zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Rəhim Rəhimzadə Şuşa şəhərinin işğal tarixi, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə Şuşada tarixi abidələrin məhv edilməsi haqqında məlumat veriblər.
Tədbirdə professor, tarix elmləri doktoru Vaja Şubitidze Şuşanın Azərbaycanın tarixi şəhəri olduğunu bildirib: “Bizim də Şuşa, Dağlıq Qarabağ kimi Abxaziya və Osetiya dərdimiz var. Bizim də 20 faiz torpağımız işğal olunub. Vaxt olacaq ki, Azərbaycan və gürcü xalqları öz ərazilərini işğaldan azad edəcək. Biz bir olmasaq, qələbə qazana bilmərik. Şuşa Azərbaycanın ayrılmaz hissəsidir. Mən tarixçi kimi Şuşanın tarixini yaxşı bilirəm. Çox təəssüf edirəm ki, Azərbaycanın konservatoriyası sayılan Şuşada tarixi, mədəni və dini abidələr məhv edilib. Belə bir vəziyyət ermənilər tərəfindən Abxaziya və Osetiyada da təkrar edilib”.
Tədbirdə çıxış edən Gürcüstan Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İshaq Novruzov Şuşa, Abxaziya və Osetiya qurbanlarını anıb, hər iki xalqın eyni dərdi daşıdığını deyib.
Qeyd edilib ki, Azərbaycanda hələ də 30 min erməni yaşayır, Ermənistanda isə bir azərbaycanlı yoxdur.
Tədbir iştirakçılarına Azərbaycan Ombudsmanın Şuşanın işğalının 25-ci ildönümü ilə əlaqədar bəyanatı da təqdim edilib.
Sonda Şuşanın keçmişi və müasir vəziyyəti barədə film nümayiş etdirilib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Azərbaycan dünyada əsas fındıq ixracatçılarından birinə çevrilir
20.08.2019
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20.08.2019
Gənclər üçün “Liderlik və komanda quruculuğu” mövzusunda təlimin ikinci mərhələsinə yekun vurulub
20.08.2019
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb
20.08.2019
Dəmiryolçular üçün treninqlər keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info