Bolqarıstanın vitse-prezidenti İliana Yotova BSU-da olub
Tarix: 08.05.2017 | Saat: 21:29:00 | E-mail | Çapa göndər


Bolqarıstan Respublikasının vitse-prezidenti xanım İliana Yotova Bakı Slavyan Universitetində olub. Qonağı Azərbaycan Respublikasının Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova və digər rəsmi şəxslər müşaiyət edib. Rəsmi qonaq universitetin girişində təntənəli şəkildə duz-çörəklə qarşılanıb, onun şərəfinə universitet tələbələrindən ibarət rəqs ansamblı Bolqarıstan və Azərbaycan rəqsləri ifadə edib.
Sonra nüfuzlu qonağı BSU-nun rektoru, professor Nurlana Əliyeva qəbul edib. O, Azərbaycan Respublikası ilə Bolqarıstanın dostluq əlaqələrinin qədim tarixi olduğunu və bu münasibətlərin tarixin sınaqlarından keçdiyini nəzərə çatdırıb. O, ölkənin birinci xanımı, vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun rəhbərliyi altında Bolqarıstanın bir sıra dini-mədəni obyektlərində təmir-bərpa işlərinin aparıldığını, arxeoloji qazıntılara şərait yaradıldığını, azərbaycanlı tələbələrin bolqar dilini, mədəniyyətini öyrəndiyini və bolqar tələbələrin də dilimizi milli-adət ənənələrmizi öyrəndiyini vurğulayıb. BSU-nun rektoru N.Əliyeva xanım İ.Yotovanın gərgin iş qrafikinə baxmayaraq, fürsət tapıb BSU-ya gəlməsini Azərbaycanla Bolqarıstan arasında tarixi-mədəni münasibətlərimizin yeni mərhələdə davamı kimi dəyərləndirib. Universitet barədə qonağa məlumat verən N.Əliyeva Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğala məruz qalması nəticəsində BSU-nun dörd yataqxanasında üçündə Qarabağdan qaçqın düşmüş insanlar yaşadığını bildirib.
Sonra Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Qarabağ problemi, torpaqlarımızın işğalı barədə qonağa daha müfəssəl məlumat verərək, problemin həllini üzərinə götürmüş Minsk Qrupunun passiv mövqe tutmasını da diqqətə çatdırıb.
Bolqarıstanın vitse-prezidenti xanım İ.Yotova çıxışında səmimi qarşılanmaya görə rektor Nurlanə Əliyevaya və universitetin tələbə-müəllim heyətinə dərin minnətdarlığını bildirib. O, sonra Azərbaycan Respublikasının müstəqillik qazandıqdan sonra Bolqarıstanla daha intensiv münasibətlər saxladığını bildirərək, dövlətimizin başçısının bu sahədə ciddi işlər gördüyünü qeyd edib. İ.Yotova 10 il deputat kimi AŞPA-da çalışdığını Azərbaycanın yaşadığı Qarabağ probleminə dərindən bələd olduğunu da diqqətə çatdırıb. Vitse –prezident eyni zamanda Avropada, o cümlədən Bolqarıstanda yaşanan miqrant problemlərinə də toxunub.
İ.Yotova BSU-nun Bolqarıstanın ali məktəbləri ilə sıx əlaqə saxlamasından məmnun olduğunu bildirərək, bu əlaqələrin gələcəkdə daha genişlənməsi arzu etdiyini dilə gətirib. O, Bakı Slavyan Universitetinin Bolqarıstan ali məktəbləri ilə qarışılıqlı münasibətlərində xoş məramlı səfir olmağa hazır olduəunu da vurğulayıb.
BSU rəhbərliyi ilə vitse prezident arasında hədiyyə mübadiləsindən sonra qonaqlar universitet rəhbərliyinin müşaiyəti ilə Bolqar dili Tədris və Mədəniyyət Mərkəzində olublar. Vitse –prezident Mərkəzdə saxlanan xatirə kitabına ürək sözlərini yazıb.
Sonra vitse –prezident Akt zalında universitetin tələbə-müəllim heyəti ilə görüşüb. İ.Yotova onları maraqlandıran sualları cavablandırıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info