“İtaliya-Azərbaycan əlaqələri möhkəm təməl üzərində qurulub”
Tarix: 08.05.2017 | Saat: 21:31:00 | E-mail | Çapa göndər


“İtaliya-Azərbaycan əlaqələri möhkəm təməl üzərində qurulub. Ötən illər ərzində ikitərəfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək daha da dərinləşib”.
Bu fikirləri İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ilə bağlı açıqlamasında bildirib.
Azərbaycan xalqının İtaliyaya xoş münasibətinin olduğunu görməkdən məmnunluğunu dilə gətirən Ciampaolo Kutillo son bir neçə ildə əməkdaşlığımızın müxtəlif sahələrdə inkişaf etdirilməsi istiqamətində xeyli işlərin görüldüyünü vurğulayıb.
Diplomat bildirib ki, Bakı təmiz, təhlükəsiz və daim inkişafda olan şəhərdir. Bu da ona və ailəsinə bu illərdə xoş təəssüratlar bəxş edib. “Mənim Azərbaycanla bağım təxminən 10 il bundan öncə “Əli və Nino” əsəri ilə tanışlığım zamanı başladı. Azərbaycan haqqında səthi məlumatım olduğu həmin zamanlarda əsərin hər səhifəsini maraqla oxuyarkən, bir gün mənim Əli ilə Ninonun hekayəsinin başladığı, Bakının qədim mərkəzində - İçərişəhərdə yaşayacağım heç ağlıma gəlməzdi. Anadan olduğum Neapol şəhəri ilə Bakı şəhəri qardaşlaşıb və mən hələ tələbə olarkən - 1992-ci ildə Azərbaycan İtaliya ilə diplomatik münasibətlər qurub”.
Bu illər ərzində İçərişəhərin bir zamanlar dəvə karvanlarının keçdiyi küçələrini dəfələrlə və böyük məmnuniyyətlə yenidən kəşf etdiyini bildirən səfir Ciampaolo Kutillo neft və qaz sənayesi və digər sahələrdə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info