“NATO-nun Ukrayna ilə bağlı siyasəti uğursuzluqla nəticələnib”
Tarix: 09.05.2017 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


“NATO-nun Ukraynaya qarşı planlaşdırdığı inteqrasiya siyasəti uğursuzluqla nəticələndiyindən alyans Moskva ilə münasibətləri dondurub”.
Bu fikirləri Rusiyanın xarici İşlər naziri Sergey Lavrov bildirib. O, “Mir” telekanalına verdiyi açıqlamada deyib ki, NATO-nun Krım da daxil olmaqla Ukraynanı öz təsir zonasına daxil etmək planı uğursuzluqla sonuclanıb. Onun sözlərinə görə, NATO-nun obyektiv tarixi faktlara qarşı narazılığı Rusiyanı alyansla daha çox terrorizmə qarşı mübarizədə birgə fəaliyyətinin də üstündən xətt çəkib. İndi qaşı tərəfin Rusiya ilə dialoqa can atdığını bildirən rusiyalı siyasətçi bunun yalnız bərabərlik və qarşılıqlı hörmət əsasında balansın bərpa ola biləcəyi təqdirdə reallaşacağını bildirib: “NATO ilə qarşılıqlı hörmət əsasında qurulan dialoq bizdən daha çox alyansa lazımdır”. Xatırladaq ki, 2014-cü ilin dekabrında Ukraynanın yeni hərbi doktrinasının NATO tərəfindən yeniləşməsi təmin edilib. Qapılarını Ukraynanın üzünə açıq elan edən alyans Kiyevə müəyyən tapşırıqlar verməkdən çəkinmir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının NATO ilə müqayisə edilməsini düzgün saymayan Lavrov KTMT-nin inkişaf strategiyasında hər hansı bir dövlət və ya təşkilatın düşmən kimi qəbul edilməsi barədə heç bir qeyd olmadığını bildirib. Lavrovun sözlərinə görə, Moskva Avropa İttifaqına daxil olan ölkələrin Rusiya ilə münasibətlər haqqında apardığı daxili müzakirələrə qarışmayacaq: “Mən, Qərbdə Rusiya ilə hər hansı normal münasibətlərə qarşı çıxanların mövcud olduğunu istisna etmirəm. Lakin dalana düşüb, indi dalandan qurtulmağa çalışanların da çoxluq təşkil etdiyini istisna etmirəm”. Rusiya və ABŞ prezidentləri arasında mümkün görüş barədə danışan Lavrov qeyd edib ki, görüşə yaxşı hazırlıq olmalıdır: “Moskva və Vaşinqtonda belə bir görüşün baş tutacağına əmindirlər. Belə bir görüşün reallaşması, liderlərin əl sıxmaları çox vacibdir”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.06.2019
Aleksanrd Şerin: “İran artıq Rusiyadan C-400 raket kompleksləri almaq haqqında düşünməlidir”
19.06.2019
“Kıbrıs mövzusunda federasiya prosesi sona çatdı”
18.06.2019
Çavuşoğlu: “Türkiyə və Azərbaycanın münasibətləri daha da möhkəmlənəcək”
17.06.2019
Ekrem İmamoğlu`nun inkar ettiği FETÖ ile ilişkisi belgelerle ortada! - FOTO
17.06.2019
Gürcüstan əhalisinin 12 faizdən çoxu işsizdir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10812

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info