İqtisadiyyat Nazirliyi müsabiqə qaliblərini mükafatlandırdı
Tarix: 09.05.2017 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. “Azərlotereya” ASC-nin və Bakı Biznes Mərkəzinin dəstəyi ilə keçirilmiş tədbirdə rəsmi şəxslər və KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib. Tədbiri giriş sözü ilə açan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov müasir Azərbaycanın memarı Heydər Əliyevin ölkəmizin inkişafı üçün gördüyü mühüm işlərdən geniş bəhs edib, bu dahi şəxsiyyətin dövlətçiliyimizin möhkəmləndirilməsində və iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən danışıb. Vurğulanıb ki, Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edən Ulu Öndər ölkəni xaos və böhrandan qurtardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu, ölkədə siyasi sabitlik yaratdı. Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də genişmiqyaslı islahatlar həyata keçirilib. Ümummilli Liderin davamlı və dayanıqlı, sosialyönümlü və innovativ iqtisadiyyatın formalaşması istiqamətində həyata keçirdiyi strategiya, o cümlədən neft, aqrar islahatlar, özəlləşdirmə, regionların tarazlı inkişafı siyasəti, sahibkarlığın inkişafı, infrastrukturun, yeni istehsal sahələrinin yaradılması, nüfuzlu beynəlxalq maliyyə institutları ilə əlaqələrin qurulması kimi kompleks tədbirlər sonrakı illərdə ölkə iqtisadiyyatının dinamik inkişafı üçün möhkəm zəmin yaradıb. Heydər Əliyevin siyasi kursu Prezident tərəfindən qətiyyətlə və uğurla davam etdirilir, dünyada layiqli yerini tutmuş və regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmiş Azərbaycan inkişaf edir, siyasi sabitliyi, toleranlığı, özünəməxsus iqtisadi inkişafı ilə seçilir.
Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında Ümummilli Lider Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafına da böyük diqqət və qayğı göstərdiyini vurğulayıb. Sonra Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar İqtisadiyyat Nazirliyinin Azərbaycan Mətbuat Şurası ilə birlikdə KİV nümayəndələri arasında təşkil etdiyi “Heydər Əliyev və iqtisadi islahatlar” mövzusunda yaradıcılıq müsabiqəsinin nəticələri açıqlanıb. Qeyd edilib ki, İqtisadiyyat Nazirliyi tərəfindən belə müsabiqələr ənənəvi olaraq hər il keçirilir. Bu ilki müsabiqəyə 46 KİV tərəfindən 84 material təqdim edilib. Təqdim edilmiş materiallar İqtisadiyyat Nazirliyində yaradılmış və Azərbaycan Mətbuat Şurasının da təmsil olunduğu Müsabiqə Komissiyası tərəfindən qiymətləndirilib və qaliblər müəyyən edilib. Tədbirdə qaliblər elan olunub, onlara diplomlar və mükafatlar təqdim edilib. Ümumiyyətlə isə, bütün müsabiqə iştirakçıları diplomlarla təltif olunub, onlara mükafatlar verilib. Sonda Ümummilli Liderin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş İqtisadiyyat Nazirliyinin əməkdaşlarına YAP-ın vəsiqələri təqdim olunub.
Anar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info