Azərbaycan və Türkiyənin Danimarkadakı diaspor fəalları bir araya gəlib
Tarix: 09.05.2017 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyətinin rəhbərliyi, habelə krallıqda yaşayan türk diasporlarının fəalları Kopenhagen şəhərində Türkçülük gününə həsr olunan tədbirdə bir araya gəliblər.
Yerli KİV təmsilçilərinin, Türkiyənin Danimarkadakı səfirliyinin əməkdaşlarının, Şimali Avropada fəaliyyət göstərən müxtəlif türk diaspor cəmiyyətlərinin də qatıldığı tədbir ictimaiyyət nümayəndələrinin marağına səbəb olub. Tədbiri açan Skandinaviya Türk Federasiyasının rəhbəri İlhan Esen Danimarkada Türkçülük gününə həsr olunan belə bir tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, bu ölkədəki və regiondakı türk diaspor təşkilatlarının apardığı işdən söz açıb. Sonra o, türk xalqlarının həmişə birgə amal uğrunda çalışmasının əhəmiyyətini diqqətə çatdırıb, bu istiqamətdə planlaşdırılan layihələrdən danışıb. “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi Türkiyənin Danimarkadakı diaspor rəhbərləri və səfirlik nümayəndələri ilə söhbət zamanı birgə həyata keçirilən layihələrə toxunub, əməkdaşlığın daha da genişləndirilməsi yolları barədə fikir mübadiləsi aparıb.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info