“Qələbənin əldə olunmasında bütün Azərbaycan xalqı kimi zaqatalalıların da payı var”
Tarix: 10.05.2017 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


Zaqatala rayonunda Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə həsr olunmuş "Qələbə müjdəli tarixi yol" mövzusunda bayram tədbiri keçirilib.
Mərasimdə Zaqatala Rayonu İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Rusiya Federasiyası Dağıstan Respublikası Azərbaycan Nümayəndəliyinin rəhbəri Marat Asgendarov, müavinləri Şamil Aslanov və Xosrov Həsənbəyov, Nümayəndəliyin məsul şəxsləri, o cümlədən Zaqatalanın hüquq-mühafizə orqanlarının rəhbərləri, veteranlar, ağsaqqallar, ziyalılar iştirak ediblər.
Mərasim iştirakçıları ilk öncə Qarabağ müharibəsində şəhid olan zaqatalalıların şərəfinə ucaldılmış xatirə kompleksini və 1941 - 1945-ci illərdə həlak olanların şərəfinə ucaldılmış "Xilaskar əsgər" abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüb, Vətən yolunda canlarını qurban verən həmyerlilərin əziz xatirəsini ehtiramla yad ediblər. Sonra ulu öndər Heydər Əliyevin abidəsi ziyarə edilib, önünə tər çiçəklər düzülüb. Daha sonra ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən bayram tədbirində faşizm üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıqlardan geniş bəhs olunub. Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ulu öndərin veteranlara həmişə böyük diqqət və qayğı ilə yanaşdığını və hal-hazırda bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Sonra çıxış edən Dağıstan Respublikası Azərbaycan Nümayəndəliyinin rəhbəri Marat Asgendarov veteranları 9 may - Qələbə bayramı münasibətilə təbrik edib, faşizm üzərində tarixi qələbənin əldə olunmasında bütün Azərbaycan xalqı kimi zaqatalalıların da payı olduğunu bildirib.
Tədbirin sonunda rayonda yaşayan Böyük Vətən müharibəsi veteranına rayon icra hakimiyyəti tərəfindən o cümlədən Dağıstan Respublikası Azərbaycan Nümayəndəliyi tərəfindən qiymətli hədiyyər təqdim olunub, onlara maddi yardım göstərilib. Mərasim musiqi proramı ilə davam edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info