Ağdamın Mahrızlı kəndində tam orta məktəb binası əsaslı təmir olunub
Tarix: 10.05.2017 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


Ağdam rayonunun cəbhə xəttində yerləşən Mahrızlı kəndindəki tam orta məktəb binası əsaslı təmir olunaraq müəllim və şagirdlərin istifadəsinə verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri, müəllim və şagirdlər iştirak edib.
Rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov çıxış edərək müəllim və şagirdləri, kənd sakinlərini təbrik edib, ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıdan danışıb.
Müəllim, şagirdlər və kənd sakinləri çıxış edərək, dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra iştirakçılar məktəbdə yaradılan şəraitlə tanış olublar.
Bildirilib ki, 280 şagird yerlik məktəb binasının dam örtüyü tamamilə yenilənib, qapı-pəncərələr, döşəmə və tavan dəyişdirilib. Divarlar suvanaraq rənglənib, elektrik xətti çəkilib, sanitar qovşaq tikilib, istilik və müşahidə sistemləri qurulub. Məktəbdə fənn kabinələri və laboratoriyalar yaradılıb. Təhsil ocağı lazımi inventar və avadanlıqlarla təchiz edilib.
Məktəbin həyətində abadlıq işləri aparılıb. Yerə tamet döşənib, yaşıllıqlar salınıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info