Kiprin iki televiziya kanalında “Heydər Əliyev və Azərbaycan Saatı”
Tarix: 10.05.2017 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


Şimali Kiprdə fəaliyyət göstərən Azərbaycan-Kipr Dostluq Cəmiyyəti (AKDC) tərəfindən Kiprin iki ən reytinqli televiziya kanalında – “Kıbrıs TV” və “Ada TV”-də canlı yayım ilə “Heydər Əliyev və Azərbaycan Saatı” keçirilib. AKDC-dən verilən məlumata canlı yayım ilk olaraq “Kıbrıs TV” kanalında baş tutub. AKDC-nin sədri Orxan Həsənoğlu, Sankt-Peterburqda fəaliyyət göstərən Smolni Universitetinin rektoru, akademik Heydər İmanov və AKDC-nin sədr müavini Fuad Səfərəliyevin iştirakı ilə keçirilən verilişdə diaspor fəallarımız ulu öndər Heydər Əliyevin həyatından və xalqımızın həyatındakı önəmindən bəhs ediblər. Daha sonra “Ada TV” kanalında canlı yayımlanan verilişə çıxan qonaqlar ulu öndərin keçdiyi şərəfli həyat yolu və uğurlu fəaliyyətindən söz açıblar. Hər kanalda bir saatdan artıq yayımlanan verilişlərdə, eyni zamanda Azərbaycanın Dağlıq Qarabağ problemi və ölkəmiz sosial-iqtisadi inkişafı haqqında tamaşaçılara geniş məlumatlar verilib. AKDC sədri Orxan Həsənoğlu bildirib ki, AKDC hər zaman ölkəmizin tarixi və əlamətdar günləri ilə bağlı Kipr mediasında davamlı Azərbaycanın təbliğatını aparır. Bundan sonra da bu istiqamətdə təbirlər davam etdiriləcək və Azərbaycanın əlamətdar günlərində ənənəvi olaraq canlı yayım saatları keçirəcəklər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info