Vaşinqtonda Gül Bayramı qeyd olunub 
Tarix: 10.05.2017 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən mayın 9-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Gül Bayramı qeyd edilib.
Tədbirdə ABŞ-da yaşayan və fəaliyyət göstərən həmyerlilərimiz və səfirliyin əməkdaşları iştirak ediblər.
Mərasimdə çıxış edən səfir Elin Süleymanov əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyev barədə xatirələrini bölüşüb. Müasir, müstəqil və suveren Azərbaycan dövlətinin qurucusu olan Ümummilli Liderin müxtəlif dönəmlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlar haqqında söz açıb, onun ABŞ ilə ikitərəfli münasibətlərin genişlənməsi və möhkəmlənməsi istiqamətində gördüyü işləri xatırladıb, bunun ikitərəfli münasibətlərimiz üçün möhkəm zəmin yaratdığını qeyd edib.
Səfir Elin Süleymanov Ümummilli Liderin sadiq davamçısı Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət sayəsində Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndiyini, xalqımızın hər bir sahədə inkişafa şahid olduğunu və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artdığını qeyd edib.
Daha sonra diplomat Azərbaycanın ABŞ-dakı səfirliyinin yerləşdiyi binanın ümummilli lider Heydər Əliyevin qərarı ilə alındığını diqqətə çatdırıb və bu binanın müstəqil Azərbaycan Respublikasının xaricdə diplomatik fəaliyyət üçün aldığı ilk mülk olduğunu vurğulayıb. Bu xüsusda Ümummilli Liderin anadan olmasının 94-cü ildönümü münasibətilə Gül Bayramının səfirlik tərəfindən təntənəli ilə qeyd ediləcəyini, səfirliyin binasının ətrafında müxtəlif və rəngarəng gülərin, çiçəklərin əkiləcəyini bildirib.
Güllərin və çiçəklərin insanlara xoş hisslər və təəssüratlar bağışladığını, buna görə də onların əkilməsinin bir növ yaradıcı iş olduğunu xatırladan səfir ulu öndər Heydər Əliyevin əziz xatirəsinin bu yolla yad edilməsinin qanunauyğun olduğunu vurğulayıb. Eyni zamanda, güllərin əkilməsinin simvolik əhəmiyyətinə diqqət çəkən E.Süleymanov müasir Azərbaycan dövlətçiliyinin əsasında dayanan Heydər Əliyev irsinin xalqımız tərəfindən inkişaf etdirilərək gələcək nəsillərə ötürülməsini tərənnüm etdiyini vurğulayıb.
Sonra tədbir iştirakçıları səfirliyin ərazisində müxtəlif növ gül və çiçəklər əkiblər. Beləliklə, ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə əkilən güllər Vaşinqtonda Azərbaycanı təcəssüm etdirən daha bir guşəni gözəlləşdirib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info