“Hazırda məqsədimiz Türkiyə, Azərbaycan və İran prezidentlərinin zirvə görüşünü hazırlamaqdır”
Tarix: 10.05.2017 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


“Azərbaycan, Türkiyə və İran üç qardaş ölkədir. Bu üç ölkənin bir çox müştərək tərəfləri və onları bir-birinə bağlayan tellər var”.
Bu sözləri Türkiyənin İrandakı səfiri Rza Hakan Tekin APA-nın Tehran müxbirinə açıqlamasında deyib. O bildirib ki, Azərbaycan, Türkiyə və İran hər sahədə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır: “Hazırda üç ölkə arasında ticarət və iqtisadi sahədə çox geniş əməkdaşlıq mövcuddur. Biz bu əməkdaşlığı daha da inkişaf etdirmək istəyirik. İkitərəfli əməkdaşlıqları üçtərəfli formatda inkişaf etdirmək niyyətindəyik. Bu sahədə müəyyən görüşlər də keçirilib. Ötən il İranın Ramsər şəhərində üç ölkənin xarici işlər nazirlərinin toplantısı oldu”.
Səfir qeyd edib ki, üçtərəfli əməkdaşlıq üçün geniş potensial mövcuddur: “İnşallah, çalışmalar davam edəcək və tez bir zamanda bu çalışmaların bəhrəsini görəcəyik. Bu, hər üç ölkənin xalqlarının xeyrinə olacaq. Hazırda məqsədimiz üç ölkənin prezidentlərinin zirvə görüşünü hazırlamaqdır. İranda yaxın günlərdə prezident seçkiləri keçiriləcək. Seçkilərdən sonra zirvə toplantısı ilə bağlı məsələlər daha ciddi şəkildə müzakirə ediləcək. Hazırda görüşün tarixi müəyyən olunmayıb, lakin hər üç ölkədə bu iradə var”.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib - YENİLƏNİB
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info