Kölndə keçirilən sərgidə azərbaycanlı rəssamın da əsərləri nümayiş olunub
Tarix: 10.05.2017 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Almaniyanın Köln şəhərindəki Art Kafe Qalereyasında rəsm sərgisi keçirilib. Sərgidə həmyerlimiz Marqarita Kərimova və daha 3 rəssamın əsərləri nümayiş olunub. Sərginin mövzusu “Mədəniyyətlərin fərqiliyi incəsənəti daha da zənginləşdirir” olub. Bu haqda Almaniyada yaşayan gənc rəssam Leyla Rəsulzadə məlumat verib: “Azərbaycanın ötən əsrin və bu əsrin tanınmış rəssamı Marqarita Kərimova bu yaz fəslində də Köln şəhərinin Art Kafe-sində 22 əsəri ilə yeni mövsümü açaraq 3 dövrü özündə cəmləşdirdi. Əsərləri yağlı boya, akvarel və quaşlarla işləmiş rəssam sanki gözün gündəlik gördüyü rənglərə yeni həyat verir, yenidən dünyanın və insan fikrinin metamarfozisini gündəmə gətirərək hər bir izləyicisini özü ilə birlikdə düşüncələr qatarına salırdı. Marqarita xanımın sərgidə “Bir Gülün Metamorfozisi” (13 əsərdən ibarət), “Həyatın sirri” (2 əsər), “Qovluq” və “Tenerifa” (4 əsərdən ibarət), “Flora Parkı” (2 quaşla işlənmiş və 2 quru mella işlənmiş) adlı rəsmləri nümayiş olunurdu”.
L.Rəsulzadənin fikrincə, sərgidə müxtəlif xalqların mədəniyyətinin və irsinin nümayiş etdirilməsi yeni gənc nəsillərə artıq dünya arenasında ad qazanmış rəssamlarla bir məkanda, cəmdə iştirakının təmini bir növ yeni inkişafın təkanverici faktorlarından biridir: “Belçika, Rusiya, Almaniya, İran kimi ölkələrin rəssamları sırasında Azərbaycan daxilində hələ keçmiş SSRİ vaxtlarından tanınmış və xaricində- Almaniyada illərcə tanınmış və hörmətini qazanmış Marqarita Kərimova bir daha publikanı öz əsərlərinin yeni yaz fəsli tək təravətliliyi ilə yeni ideyalarla valeh etdi. Marqarita xanım bütün axşamı davam edən sərgidə sonsuz və ara-sırası durmayan təbriklərin içində bulunmaqda idi...”
Sərginin bu yaxınlarda öz hünəri və talantı ilə fərqlənən, Ferrole yarışmasının hörmətli iştirakçısı, İspaniyada Azərbaycanın adını bu yaxınlarda ucaldan pianist Toğrul Hüseynlinin ifası ilə başlayıb. Sərgi barədə, mövzunun və rəssamların işini sensasiyalı və əfsanəvi rəssam Hans Yürqen Kühl rəy verərək qonaqları bir daha təbrik edib. Sərgidə gözlənildiyindən daha çox insan iştirak edib.
Xatırladaq ki, sərginin keçirildiyi Art Kafe Qalereyasının əsası həmyerlimiz Cavid Xanlarov tərəfindən qoyulub. Bura bütün növ rəssamlar buraxılaraq iştirak edirlər.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info