“ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal rol oynamalıdır“
Tarix: 10.05.2017 | Saat: 17:46:00 | E-mail | Çapa göndər


"ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində daha çox rol oynamalıdır".
APA-nın məlumatına görə, bunu “Amerikanın Səsi”nə müsahibəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib.
Diplomat ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal rol oynaması barədə fikirlərə qatıldığını söyləyib: "Hazırda biz ABŞ-ın yeni prezident administrasiyasının ilk mərhələsindəyik. Vaşinqton hələ də xarici siyasətlə bağlı müxtəlif versiyaları nəzərdən keçirir. Bir az səbr etmək lazımdır və gələcək aylarda hansı inkişafa nail ola biləcəyimizi görəcəyik. Sülh quruculuğu prosesində əsas məsələ hər iki tərəfin yüksək səviyyəli insanlarından asılıdır".
R. Hoqland qeyd edib ki, həmsədrlər atəşkəsə tam təminat verə bilməz: "Bu, birbaşa hər iki ölkənin liderləri tərəfindən edilməlidir. Onlar təşəbbüs göstərməli və deməlidirlər ki, artıq daha yaxşı yaşamağın, daha gözəl dünyanın vaxtıdır. Biz diqqətimizi hər iki tərəfin məmnun qalacağı təkliflərə cəmləşdirməliyik. Liderlər danışıqlar masasına əyləşməli və hər kəsin faydalana biləcəyi danışıqlar aparmalıdır. Bu kimi münaqişələrdə sən istədiklərini əldə etməyi yox, hər kəsin, hər xalqın faydalanacağı ortaq bir nəticəyə cəhd göstərməlisən və hər kəs bunun üçün çalışmalıdır“.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İspaniyada intensiv yağıntılar nəticəsində ölən və itkin düşənlər var
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info