“Heydər Əliyev zirvəsi”nə yürüşlərə 400-dən çox idmançı qatılıb
Tarix: 10.05.2017 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə “Heydər Əliyev zirvəsi”nə təşkil olunan kütləvi yürüşlərə 400-dən çox peşəkar və həvəskar idmançı qatılıb.
AZƏRTAC xəbər verir ki, Şahdağ Milli Parkının ərazisində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər Əliyev zirvəsi”nə kütləvi yürüşlərə mayın 5-dən start verilib. Yürüşlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX), Azərbaycan Dağçılıq Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir. Son illərdə ənənə halını alan bu aksiyaya qoşulanların sayı hər il artır. Bu il ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar zirvəni fəth edənlərin sayının 600-ə yaxın olacağı gözlənilir.
İştirakçılar Şahdağ Milli Parkında yaradılan Təşkilat Komitəsinin müəyyənləşdirdiyi marşruta uyğun olaraq, bələdçilərin müşayiəti ilə ayrı-ayrı qruplarla “Heydər Əliyev zirvəsi”nə doğru yürüşə başlayırlar. Yürüş iştirakçılarının təhlükəsizliyinin təmin olunmasına və təlimatlandırılmasına FAİREX rəhbərlik edir.
Yürüşə qatılanlar arasında ölkəmizin müxtəlif bölgələrini, nazirlik, müəssisə, idarə və təşkilatlarının nümayəndələri, eləcə də xarici ölkə təmsilçiləri də var. İştirakçılar Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən sertifikatla təltif olunurlar.
“Heydər Əliyev zirvəsi”nə kütləvi yürüşlər mayın 11-dək davam edəcək.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info