Heydər Əliyev – Misirdə heykəli qoyulan TARİXİ ŞƏXSİYYƏT
Tarix: 10.05.2017 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


Bu gün ümummilli lider Heydər Əliyevin doğum günüdür. Azərbaycanda olduğu kimi, dünya azərbaycanlıları üçün bu tarix vacib və əhəmiyyətlidir.Hazırki hadisələri, gərgin vəziyyətləri nəzərə alaraq dahi şəxsiyyətin ərəb ölkələri, xüsusən Misir Ərəb Respublikası ilə əməkdaşlığın qurulması, inkişaf etdirilməsində Onun rolunu qeyd etməyi, nəzərdən keçirməyi  bir gənc  diaspora rəhbəri kimi özümə borc bildim…
 
Xatırladım ki, Ümummilli  liderin 1994-cü ildə Misirə səfəri ilə iki dövlət arasında münasibətlərin yeni səhifəsi açılıb.
 
Misir yeni müstəqillik əldə etmiş dövlətlərin onun üçün nə qədər əhəmiyyətli olduğunu ilk vaxtlardan anlamışdır. Bu baxımdan, 1992-ci il aprelin 4-də Misirlə Azərbaycan arasında diplomatik münasibətlərin yaradılması haqqında Protokol imzalanmışdır. 1993-cü ilin aprel ayından Misirin Bakıda, 1994-cü ilin yanvar ayından isə Azərbaycanın Qahirədə səfirliyi fəaliyyətə başlamışdır.
 
Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında iştirak etmək üçün Qahirəyə işgüzar səfəri Misirlə Azərbaycan arasında diplomatik əlaqələrin və yüksək səviyyəli səfərlərin faktiki başlanğıcı hesab olunur. Səfər çərçivəsində Azərbaycan Prezidenti Misirin sabiq Prezidenti Hüsnü Mübarəklə görüşmüşdür. Görüş zamanı aparılan intensiv danışıqlar iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm rol oynamışdır.
 
Bundan sonar Misirlə Azərbaycan arasındakı siyasi əlaqələr 1994-2002-ci illər arasında sürətlə inkişaf etmişdir. Bu dövr ərzində iki ölkənin hökumət rəsmiləri səviyyəsində bir sıra qarşılıqlı səfərlər həyata keçirilmişdir. Bu səfərlər çərçivəsində ikitərəfli əlaqələrin bütün sahələrdə inkişafına təkan verən xeyli sayda mühüm sazişlər imzalanıb.
 
Qeyd etmək lazımdır ki, dahi şəxsiyyətin siyası varisi İlham Əliyev də bu ənənəni davam etdirmiş, siyasi əhəmiyyət kəsb edən münasibətlərin daha da inkişaf etirilməsinə öz töhvəsini vermişdir. Onun 6-8 may 2007-ci il tarixlərində Misir Ərəb Respublikasına rəsmi səfəri Azərbaycanın Misirlə əlaqələrinə nə dərəcədə önəm verdiyinin göstəricisidir. Bu səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misirin sabiq Prezidenti Hüsnü Mübarək, əl-Əzhərin Şeyxi, Misir Xalq Məclisinin sədri, neft və beynəlxalq əməkdaşlıq nazirləri ilə görüşmüşdür. Bu səfər iki ölkə arasında müxtəlif sahələrdə 12 sazişin imzalanması ilə nəticələnmişdir. Prezident İlham Əliyevin bu rəsmi səfəri iki ölkə arasında əlaqələrin genişləndirilməsi və gücləndirilməsində böyük iz buraxmışdır.
 
Azərbaycanla Misir arasındakı güclü diplomatik əlaqələr çərçivəsində Misirin Qalubiyyə vilayətində bu ölkənin tarixində ilk dəfə olaraq Misir-Azərbaycan dostluğu parkı salınmış, bu parkda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılmış, həmin vilayətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva adına məktəb açılmışdır. Bunun qarşılığında Abşeron rayonunda Azərbaycan-Misir dostluğu parkı salınmış, Firon dövründə yaşamış bir yazarın heykəli ucaldılmış, burada Misir məktəbi istifadəyə verilmişdir.
 
Misir xalqı müasir Azərbaycanın memarı, dünya şöhrətli, dahi şəxsiyyət Heydər Əliyev haqqında geniş məlumatlara malikdir. Onun həyat və fəaliyyəti, Azərbaycanın inkişafındakı misilsiz xidmətləri haqqında ərəb dilində kitablar nəşr olunub. Heydər Əliyev Misirdə heykəli qoyulan ilk və yeganə tarixi şəxsiyyətdir.
 
Hər il universitetlərdə Heydər Əliyevə həsr olunan geniş tədbirlər keçirilir. Umummilli liderin Qahirəyə səfərindən sonra Misirdə azərbaycan dilinə hədsiz maraq oyanıb.
 
İlk dəfə Azərbaycan dili Ayn-Şəms Universitetində tədris olunmuşdur. Belə ki, 2000-ci ildə Ayn-Şəms Universitetinin ədəbiyyat fakültəsində Azərbaycan dilini öyrənmiş məzunların ilk buraxılışı olmuşdur. Azərbaycan dili fakültənin üçüncü və dördüncü kurslarında indiyədək tədris olunur. Bu dili öyrənən tələbələrin sayı 130-a çatmışdır. Misirli tələbələr türk dilləri ailəsinə daxil olan azərbaycan dilini öyrənməyə böyük maraq göstərirlər. Eyni zamanda Azərbaycan dili əl-Əzhər Universitetinin humanitar tədqiqatlar fakültəsinin türk dili bölməsində təhsil alan tələbə qızlara da tədris olunur. Bu fakültədə Azərbaycan dilini təqribən 550 tələbə qız öyrənir. Dünyanın heç bir ölkəsində bu sayda Azərbaycan dilini öyrənən əcnəbi tələbə yoxdur. Bu da Misirdə Azərbaycan dilinə olan marağın ən bariz sübutudur.
 
Ramil Niftaliyev,
Misirdəki Azərbaycan Diasporu təşkilatının sədri




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info