Rusiyalı jurnalist Heydər Əliyev haqqında kitab yazır
Tarix: 10.05.2017 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


Aleksandr Qubanov: “...dahi şəxsiyyət kimi Heydər Əliyevin xalqının köməyinə çatması, xalqla birgə sovet rejiminə qarşı çıxmağı məndə böyük maraq yaratdı”
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun şəxsiyyəti hər zaman əcnəbi müəlliflərin də diqqətini cəlb edib. Buna görə də onun haqqında xarici ölkə vətəndaşları tərəfindən saysız kitablar qələmə alınıb. Ulu öndərlə bağlı daha bir kitabı rusiyalı jurnalist Qubanov Aleksandr Aleksandroviç yazır. Qeyd edək ki, A.A. Qubanov 1951-ci il fevralın 6-da Rusiyanın Samara şəhərində anadan olub. 1976-cı ildə Kuybışev Dövlət Pedaqoji İnstitutunu bitirib. Rus dili və ədəbiyyatı müəllimi işləyib. Sonradan Samara Dövlət Televiziyasının Xəbərlər studiyasında jurnalist kimi çalışıb. "Volqa -film" kinostudiyasında kinossenarist və rejissor kimi fəaliyyət göstərib. "Volqa -tv" telekompaniyasında baş mütəxəssis kimi çalışıb. İşlədiyi müddətdə Samarada yaşayan azərbaycanlılarla dəfələrlə görüşlərdə iştirak edib. Samaradakı 40 mindən çox sayı olan Azərbaycan diasporunun millətlərarası münasibətdə aktivliyi, milli mədəniyyətinin, adət-ənənələrinin qorunması və təbliğinə həmişə hörmətlə yanaşıb. Nəzərə çatdıraq ki, A.A. Qubanovun ümummilli lider Heydər Əliyev haqqında yazdığı kitabın çap xərclərini Samarada fəaliyyət göstərən "Azərbaycan" cəmiyyətinin sədri Elmar Rəsulov öz üzərinə götürüb.

-Sizin Azərbaycanla tanışlığınız nə vaxtdan başlayıb?
-Həyat belə gətirdi ki, mənim Azərbaycanla və Bakı ilə yaxından tanışlığım 20 Yanvar faciəsindən sonra baş verdi. Sovet tankları şəhərə yeridildi, faciə baş verdi, amma mətbuat yazırdı ki, SSRİ Kommunist Partiyası hakimiyyəti saxlamaq naminə qırğın törətdi. O zaman mən Xəbərlər redaksiyasında redaktor işləyirdim. Doğru məlumatı öyrənmək üçün o dövrdə fəaliyyət göstərən Azərbaycan mədəni cəmiyyəti "Ozan"ın rəhbərlərinə müraciət etdim və onların köməkliyi ilə Bakıya 3 jurnalist ezam olundu. Yerində dəqiq məlumat topladıq və 1990-cı ildə Xəbərlər proqramında 25 dəqiqəlik məlumatı samaralılara çatdırdıq. Bakıda olduğum müddətdə bu faciənin sənədli film kimi tarixdə saxlamaq ideyasını reallaşdırmaq arzusunu həyata keçirə bildim: “Kədərli ana”sənədli filmi çəkildi.
-Sizi Heydər Əliyev haqqında kitab yazmağa nə vadar edib?
-Mənim Azərbaycan xalqına simpatiyam o faciəli günləri gözümlə görəndən sonra bir az da artdı. Xalqın iradəsini qıra bilmədilər. Azərbaycan xalqı daha da gücləndi. Heydər Əliyevin Moskvadakı çıxışı və sonradan Azərbaycana qayıdışı məndə inam yaratmışdı ki, bu dahi insan öz xalqını bu bəladan xilas edəcək və elə də oldu. Bu gün Azərbaycan inkişaf edən ölkələr sırasındadır. 26 ildən çox keçməsinə baxmayaraq, mən həmişə azərbaycanlılarla sıx əlaqə saxlayıram, tədbirlərində iştirak edirəm. Mən deyəndə ki, Heydər Əliyev barədə kitab yazmaq istəyirəm, təəccübləndilər. Fikrimi izah etdim ki, belə dahi bir insanın barəsində yazmaq həm çətin, həm də şərəfdir. Bu kitab mənim 25 illik müşahidəmin məhsuludur. Samarada yaşayan azərbaycanlılarla yaxın münasibətim var deyə onlarda vətənə məhəbbət hislərinin nə qədər yüksək olduğunu görürdüm və bir jurnalist kimi bu xalqın tarixini, adət-ənənələrini öyrənməyə başladım. Əlbəttə, bu xalqın çox dahi insanları var. Hər biri barəsində kitab yazmaq olar. Amma 1990-cı ildə bu xalqın başına gətirilmiş faciələrdən sonra bir lider, dahi şəxsiyyət kimi Heydər Əliyevin xalqının köməyinə çatması, xalqla birgə sovet rejiminə qarşı çıxmağı məndə böyük maraq yaratdı.
Ümid edirəm ki, Samarada fəaliyyət göstərən "Azərbaycan" cəmiyyəti bu kitabı ulu öndərin 95 illik yubileyinə hədiyyə etmək arzumu reallaşdırmağa kömək edəcək.
-Heydər Əliyevlə yaxından görüşünüz olmuşdu?
-Yox, bu dahi insanla görüşmək mənə qismət olmadı. Bilirsiz, mən adi bir rusiyalı jurnalistəm. Onunla görüşmək mənim üçün bir əlçatmazlıq idi.
-Yəqin ki, bir jurnalist olaraq ondan müsahibə almaq arzunuz olub.
-Əlbəttə, olub. Qeyd etdiyim kimi, görüşmək qismət olmadığı kimi, müsahibə almaq arzuma da çatmadım. Çox arzulayıram ki, heç olmasa, onun oğlu, Prezident İlham Əliyevlə görüşüm.
-Heydər Əliyev Moskvada da uzun müddət çalışıb. Onun həmin illərdəki fəaliyyətini necə xatırlayırsız?
-Heydər Əliyevin 1982-ci ildə Birinci katib vəzifəsindən birbaşa Moskvaya birinci mavin vəzifəsinə yüksəlməsi çoxlarında maraq yaratmışdı. Çox maraqla onun fəaliyyətini izləyirdik. Bir azərbaycanlının Mərkəzi Komitədə belə yüksək vəzifə tutması heç də asan məsələ deyildi.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info